Gəldim, bilmirəm niyə, hara, çağırdılar və gəldim. Ölüb? Kim? Necə? Nə vaxt?
Kimdir axı o? Tanımıram.
Həmişə axtardığım axtarışa başlamağımdan əvvəl necə ölsün axı? Bəs ədalət? Həqiqət?
Ölmüş həqiqəti dərviş axtarar. Bumu tərki-dünyalıq? əbədi olaraq axtar, tapma. Ya da fərqinə varmadan qəbrinin üstünə gəlib çıxmaq nədir?
Tapmadımmı? Məgər onun məzardakı cismi belə gözəl deyilmi? Tapdım. Tapa biləcəyim qədər axtardım, suallar yaratdım, cavabsız qoydum, cavablar tapdım, suallar axtardım və yenə və yenə, sonda onu öz qarşımda çılpaq tapdım. Omu? Ruhumu? Cismi məzardaykən kimi hiss edirəm mən?
Notlar arasında zaman məsafəsini təyin edib həyat musiqimin bəstəkarımı? Bağları parçalayıb ölümün ayaqlarına sürükləyən ilk nəğməmi? Göz yaşlarını siqaret tüstüsü ilə gizləyən nihanımmı? İçinin acısı ilə ərşləri fəth edən əzabımmı? Bəlkə çiskin meşədə soyuq daşı məsum qorxuyla qucaqlayan Nigarım? Sonu bilinməz sevgi kəhkəşanımmı? Özü ilə mənim aramdakı əğyarmı? Nəfəs qədər yaxın bədr-üd-dücammı? Qadınımmı, qadınsızlığımmı? Məhvim yoxsa başlanğıcımmı? Göz yaşının çöhrədəki rəqsimi? Səma dadan yağışımmı?
Bilmədim ki…niyə bilmədiyimi də bilmədim.
[soundcloud url=”http://api.soundcloud.com/tracks/25854161″ params=”show_comments=true&auto_play=true&color=040503″ width=”100%” height=”81″ iframe=”false” /]