0

ideya virus..

Özünü məzunların görüşündə təsəvvür edin. Hamı öz uğurlarından dəm vurur, gələcək planlarından danışırlar. Frenk özünün internetedeki yeni biznesinden danışır. Nina da deyir ki, artıq yaxşı pul qazanır və bütün gücünü Şərqi Avropanın bərpasına yönəltməyə hazırdır. Və.. bütün qrup sənə tərəf çevrilir..

“Mən düşünürəm ki”, sən danışmağa başlayırsan, “ferma sahibi olmaqla yaxşı pul qazanmaq və uğur əldə etmək mümkündür. Bir neçə hektar sahə. Əlbəttə ki, traktor almaq lazım olacaq. Əvəzində isə bir neçə il sonra mən fermanı satıb həyat yoldaşımla şəhərdə kiçik malikanə ala biləcəm”

Cəfəngdir, elə deyil? Fermerliklə məşğul olanlar, sözsüz ki, mübahisəsiz böyük üstünlüklər əldə edirlər (həyat tərzi nöqteyi nəzərindən), amma artıq 200 ildir ki, bu varlanmaq üsulları siyahısından çıxarılıb.

Lenti geriyə fırlayaq. Köhnə kurs yoldaşları suallı nəzərlərini sizə ünvanlayırlar və cavabında alırlar. “Mən elə yenicə bankdn kredit götürüb isti ştamplama üçün press almışam. Bu yaxınlarda polad şey-şüylərin ştamplanmasına başlayacağam. Siz gözünüzü yumub açana kimi görəcəksiz ki, avtomobil sənayesinin həmkarlar ittifaqları öz yeşiklərini məndə təşkil edəcəklər. Bax onda, – özünüzü gözləyin AvtoNəhənglər”

Yox. Yenə də o deyil. Razılaşın ki, zavod sahibləri artıq 30 il əvvəl qazandıqları qədər pul qazanmırlar.

Həə. Bir də lenti geriyə yığma düyməsini basaq. Dostlar sənə tərəf baxırlar və sən deyirsən: “Mən ideya-virusu işə salmağa hazırlaşıram”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.