0

Səssizliyin Anarxiyası

Sükut – yüzlərlə səsin özünü eşitməyə mane olduğu andır.

Köhnəlmək istəyirəm. Ağ-qara filmlərin təsvir etdikləri TV olmayan dövrlərdə yaşamaq istərdim. Həyatı iki rəngsizlikdə görmək, amma elə olsun ki, heç kəs məni görməsin. Mən görüm.

İndiki zaman sıxıcı gəlir. Xatirələr satmaqla qazanılmış milyardlarından vaz keçən biri kimi hiss edirəm özümü, heçnəsizliyimi sevən birini görmək üçünmü beləyəm? Əgər sevənlərin varsa belə, onda nədir ki bu? anlaşılmazlıqmı? məndən başqa hamı üçün bu belədir. Sükutun belə “cover” edildiyi həyatda yaşayırıq. Orijinallığımızı axtarmaq məcburiyyətindəyik.

“Yağmur Yağsa” restoranında bugün şam edəcəm. Tənhalığın qonağıyam. Xatirələr küçəsinin sonuncu döngəsində yerləşir. Ancaq gecənin zülmətində yağış yağarsa, o zaman qapıları qonaqlarının üzünə açar bu restoran.

Qonaq olduğumçün sifariş mən tərəfdədir.

Teomanın “Gemiler”iylə Zemfiranın “Корабли” arasındakı okean dərinliyində itmiş hissləri axtarmaq da var bugünkü yalnızlıq menyusunda. Kokteyl kimi buzlu sıxıntı sifariş vermək olar. Əsas otaqdır. Siqaret çəkməyənlər üçün tərki-dünyalar otağı…

Mükəmməl şamdan sonra yuxusuzluq modunda istirahət edəcəkdik…

– Necə biri olmaq lazımdır ki, tində bükülmüş BOMJ-un susqunluğuna aşiq olasan?!

“Sevdadandır”, dedi annem aldırma, aldırma, gel yanıma (F.D.)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.