0

Qadının sinə forması və xarakteri

Məlumdur ki, xarici görünüş insan xarakteri haqqında çox şey deyə bilər. Yeni informasiya texnologiyaları böyük həcmdə olan məlumatları tez emal və təhlil etməyə imkan verdiyi üçün xarici görünüşə görə daxili aləmi təyinetmə təsnifatından yeniliklər baş verib. Seksoloqlar tərəfindən qeyri-adi tədqiqat aparılıb, qadının sinə formasına görə xarakterinin təyin edilməsi. Qadın sinəsi formalarına ümumi kriteriya tətbiq etmək üçün onları müxtəlif meyvələrə uyğunlaşdırıblar. Nəticə belədir:

Böyük dairəvi, kudunu xatırladan sinə sahibəsi öz evini sevir və qonaqlara həmişə şaddır. Onun əri məmnuniyyətlə evə dostlarını çağıra biləcək, çünki bu nəcib və xoşrəftar sahibə hər kəslə dil tapa bilir. O öz xarici görünüşünün qeydinə qalır, amma özünü formada saxlamağa həmişə iradəsi çatmır. Bu onun üçün çox aktualdır – yeməyə olan ehtirasına görə tez kökəlir. Təamlar və əyləncə onun həyatının əsas sevincləridir. Amma əri ondan kifayət qədər qadın nəvazişi almır.

 

Əgər kişi nazlı və rahat xanımlarla maraqlanırsa, onda sinəsi limonu xatırladan qadına diqqət yetirsin. Bu qadın onu darıxmağa qoymaz, onunla ünsiyyət təmiz hava qurtumuna bənzəyir. Bu qadında həmişə yeni ideyalar, entuziazm və həyatsevərlik var. Həyatında uğursuzluq baş verərsə, o depressiyaya düşməyəcək, əksinə özünə gülməyə səbəb tapacaq. Xarici yüngüllüyünə və sadəliyinə baxmayaraq, o, baş vermişlərdən nəticə çıxarmağı bacarır və bir palçığa ikinci dəfə batmır.

Oval formalı, ananası xatırladan sinəyə sahib olan qadın çox intelligent və qərar qəbulunda çox ehtiyatlıdır. Onun üçün ev yox, karyera prioritetdir. Bununla belə, həyatında sevgi gəzintilətinə də yer verir – bu qadın ya yeni münasibətdən zövq alır, ya onun finalını yaşayır, ya da aktiv axtarışda olur. Romantik görüşlərsiz, sevgi iztirabları və sevincləri olmadan yaşaya bilmir. Daimi partnyor tapmaq ona çətindir – onun kriteriyaları çox yüksəkdədir. Bəxti gətirsə, öz şahzadəsiylə rastlaşacaq və bundan sədaqətli həyat yoldaşını (qadını) dünyada tapmaq olmaz.

Qreyfrut formalı sinə, kiməsə vulqar görünə bilər. Bu qadın çox asan şəkildə yeni münasibət qura və kişiyə doğru ilk addımları ata bilər. Onun əbədi sevgi kimi illüziyaları yoxdur, o standart arvadbazlıq üsullarını qəbul etmir, kompliment zərbələrindən zəhləsi gedir. Çox kişilər düşünürlər ki, bu qadın böyük seksual potensiala malikdir, amma yanılırlar. Onun qayğı və nəvazişə, daimi və güvənli arxaya ehtiyacı var. Seks onun üçün ikinci plandadır.

Qadınının sinəsinin forması portağala bənzəyirsə, çətin ki, o da ehtiraslı temperament sahibidir. Onu daha çox sevgi haqqında söhbətlər maraqlandırır, nəinki eyş-işrətlə məşğul olmaq. Belə qadınlar  fiziki yaxınlığa meyl etmədikləri üçün öz partnyorlarını adətən tez tükədirlər. Onları soyuqluqda ittiham edəndə isə küsürlər.

Əgər qadının sinəsi çox kiçikdir və albalını xatırladırsa, bu qadın ona simpotik olan kişinin başını tez bişirəcək. O, onunla gülərüz və şən olacaq. Onun hüsnü qarşısında dayanmaq mümkün olmayacaq. O çox xoş sevgili, sadiq yoldaş olacaq. Sadəcə onda ailə qurmaq üçün daimilik çatmır.

Seksoloqlar ən sevgi dolu olan qadınları, armudvari sinə sahibələrini hesab edirlər (yeri gəlmişkən, mən özüm ən çox kartofvari və göstərici formalarını bəyənirəm, elə-belə dedim). Onlar seksdən zövq alırlar və onu çox sevirlər, elə buna görə də ciddi mənəvi məhdudiyyətlər onları bədbəxt edir. Bu cür qız ilk cinsi əlaqəyə tez girir və sesk onun həyatının ayrılmaz hissəsinə çevrilir.

Sinə forması qadın seksuallığının yeganə göstəricisi deyil. Yapon seksoloqu Mitsuna Şiqa qadın temperamentini sinənin ölçüsü ilə təyin edir. İri sinə sahibələri, onun fikrincə, həddindən çox həssalığı və seksual azadlıqları ilə fərqlənirlər. Onların daxili alovları təbii optimizmləri sayəsində sönmür, yalnız dərin kədər istəkləri müvəqqəti azalda bilir. Yataqdan onlar adətən yaradıcı olurlar, təşəbbüskarlığı sevirlər, etibar edən və cəsarətlidirlər.

Orta sinə ölçüsü sahibələri yeni münasibətlərə tez başlayırlar, amma ayrılığı çox çətin yaşayırlar. Onlar tez bağlanırlar və  intruziv (hər şeyə müdaxilə edən) olduqları üçün partnyoru mövcudluqları ilə tükədirlər. Amma adətən kişinin əhvalındakı dəyişikliyi tez hiss edirlər və onu öz seksuallığı ilə valeh etmək üçün uyğun zamanı gözləyə bilirlər.

Daha az temperamentli qadınlar isə ən kiçik ölçü sahibələridirlər. Onlar seks haqqında, öz seçilmişinə sadiqlik haqqında çox düşünürlər və bu da onlara onunla yaxınlıqdan sadəcə zövq almağa mane olur. Eləcə də, mənasız bir şeyə görə öz cazibədarlıqlarına şübhə etməyə başlaya bilərlər və bu da partnyorla münasibətləri korlaya bilər. Özlərinin səhv axtarmaq və ekstravaqant tələbləri ilə (necə özünə, elə də kişiyə qarşı) çox hallarda frigid olurlar.

P.S. bu təsnifat ümumi xarakter daşıyır. Əslində qadın sinəsinin 21 forması var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.