0

Soya paxlası, Wal-Mart və ideya-virus..

Amerika tarixinin ilk 100 ili böyük ferma sahiblərinə uğur gətirdilər. Növbəti 100 illik isə ən istehsalçı fabriklər arasında mübarizə ilə tanındı. Yeni əsrə xoş gəlmisiniz! – İdeya Əsri.

Heç kim hələ indiyə kimi ideya yetişdirən ferma yarada bilməyib, o ki qaldı, onların kütləvi istehsalı üçün fabrik yaratsın. Amma biz bilirik ki, ideya – iqtisadiyyatın mühərrikidir. İdeyalar insanları varlandırırlar. Və ən əsası ideyalar dünyanı dəyişirlər. Ona görə də ətrafdakılara öz ideyasını sevdirən, onları qəbul etdirməti bacaran qazanır. Belə insanlar pul əldə edəcəklər, hakimiyyətə gələcəklər və dünyanı dəyişəcəklər.

Uğur üçün nə lazımdır? Hansı halda biznesdə, bəxtimiz gətirsə, dünyada tendesiyanı dəyişə bilərik? Fermer üçün vacib olan soyaları daha baha satsın. İstehsalçı da arzu edir ki, onun məhsulu Wal-Mart  kassasının yanında olsun. Bəs biznesi İDEYA olan adam nə istəyir? O  öz ideyası ilə hamını yoluxdurmaq istəyir.

Tanınmayan və bilinməyən ideya yarasızdır. Əgər o yayılıb qarşısına çıxan hamını yoluxdursa, o İDEYA-VİRUS olur.

İdeya – Viruslar nədir? Onlar harada yaşayırlar? Onlar nəyə oxşayırlar? İdeya-Virus artıq mövcud ideyaların birləşməsindən əmələ gələn inandırıcı və məntiqli “manifestdən” başlayır və yeni, möhtəşəm bir ideya ortaya çıxır. Bəzən manifest yazılı bildirişdir. O həmçinin şəkil, mahnı, cəlbedici məhsul və ya effektiv fəaliyyət ola bilər. Məsələ ismaricin necə çatdırılması deyi, məhz ismarıcın özünün nə olmasıdır. Manifestin təsiri altında insanlar başqa cür hərəkət etməyə və fəaliyyət göstərməyə başlayırlar.

DİQQƏT!!! Bu məqalə təkcə ideya-viruslar barəsində deyil. Bu özü ideya-virus olmaq istəyən manifestdir. Əgər o sizin marketinq və ideyalar haqqında təəssüratınızı dəyişsə, ola bilər ki, siz bu barədə öz dostunuza danışacaqsınız, ya da dostlarınıza və yaxud şirkətdə kimlərəsə. Onda bu məqalə ideya-virusa çevriləcək.

Yeni iqtisadiyyatda istehlakçılarda ənənəvi marketinq metodlarına qarşı immunitet artıq yaranıb. Ona görə də,  bəsdirin, istehlakçılara məhsullar haqqında danışdınız. Elə şərtlər yaratmaq lazımdır ki, istehlakçılar özləri bu barədə bir-birlərinə danışsınlar.

Deməli ideya-virus marketingin növlərindən biridir? ƏLBƏTTƏ! Bugün hətta möhtəşəm logistika təşkilatı, istehsal və sifarişlərin emalı sistemi də uğura zəmanət vermir. Möhtəşəm marketing lazımdır.Çünki marketing  – ideyaların yayılmasıdır, ideyalar isə rəqabətin əsasıdır.

Gələcək öz ideyaları ilə ətrafındakıları xəstələndirə bilənlərindir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.