0

..Onlar sevgidən…

Həyatda sevgi olmalıdır – bir böyük sevgi, bu bütün səbəbsiz əməllərimizə bəraət qazandırır. Alber Kamyu

Sevgi – bütün mövcüdatın əvvəli və axrıdır. Sevgisiz həyat yoxdu. Ona görə də məhz sevgi qarşısında müdrik adam belə baş əyir. Konfutsiy

Əsl sevgi – özündən imtina edərkən və özünü başqasında itirərkən özünü tapmaqdır. Hegel

Qadınların ən çox inandıqları güzgü – kişinin gözləridir. Ziqmund Qraf

İnsanlar özlərinə qarşı inamsızdırlar, daha çox sevilmək istəyirlər, nəinki sevmək, heç olmazsa bir anlıq özünə inanana bilmək. Fridrix Nitşe.

Eyni qadını sevmək mümkün deyil demək, məhşur musiqiçinin iki fərqli melodiya üçün iki fərqli skripkaya tələbi kimi mənasızdır. (P.S. Balzak unudub ki, fərqli alətlər fərqli kökdə olduqları üçün lazım ola bilərlər, ən azı konsertdə, konsertdə seksə, nəysə) Onore de Balzak

Heç vaxt təəssüf etmək lazım deyil ki, insanı ehtiras qorxudur, bu insanın insan olduğuna təəssüf etməyinə bərabərdir. Andre Morua

Qadın anlanmaq üçün yox, sevilmək üçün yaradılıb. Oskar Uayld.

Qısqanclıqda olan sevgi daha çox özünə qarşıdır, nəinki qarşındakına. Laroşfuko

Bir problemi həll etmək istəyirsinizsə, ona sevgi ilə yanaşın, anlayacaqsız ki, problemin səbəbi sevginin çatışmamasıdır, hər bir problemin səbəbi budur. Ken Keri

İztirabdan xilas olmanın iki yolu var: tez ölüm, yada davamlı sevgi. Fridrix Nitşe

Ulduza iki səbəbə görə həsəd aparırsınız: o anlaşılmazdır, o parıldayır. Amma yanınızda daha incə parlayan və daha dərin sirli olan – qadın. Viktor Hüqo

İdela kişi – ideal qadını olduğunu düşünən kişidir. Bernard Şou

Sevgini qidanlandırmaq lazımdır, onunla qidalanmaq yox. Şantil de Müstye

Sevgi yolda olan daş kimi deyil. Onu çörək kimi hazırlamaq və hər dəfə yenidən yaratmaq lazımdır.

Ən dərin söhbət sözlər olanda deyil, sükutla olan pauzada baş verir. Ən əsas onda baş verir. A. Pint

Qəlblər silahla deyil, sevgi ilə süquta qərq edilir. Spinoza

Sevgi – ölümsüz olana doğru çalışmaqdır. Platon

Sevgi – zaman daxilində verilən əbədiyyətdir. Q. Malkin

Sevgi – bəlkə də təbiətin fərdi öz dar çərçivəsindən çıxarıb başqasına yaxınlaşdırma cəhdidir. Xose Orteqqa-i-Qasset

Sevgidə yalnız iki şey var: vücud və sözlər. Coys Kerol Outs

Sevgi musiqidir, ifadə olunmaz akkord, vücud isə ən gözəl alətdir. Julyetta Bençoni

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.