0

Hamısına DOB deyirəm

Bir ara facebook-a girdim. 3 ay idi izim-tozum yox idi. Müxtəsəri, o aralarda bir status yazmışdım ki, yaponlar kosmosa 96000 km-lik lift çəkməyi planlaşdırır, 2050-ci ilə, bizim cəmiyyət hələ qızın toya qədər sekslə məşğul ola bilməsi məsələsində ilişib qalıb.

Bir iki yaxın dostlar öz profillərində paylaşdılar bunu. Dedim kimin nə etirazı varsa, mənə yazsın, xahiş edirəm düz məntiqlə yaşayanlar mənə ümumiyyətlə yazmasın. Əksər etirazlar belə oldu ki, müqayisə düz aparılmayıb. Mallıqları burdan görsəndi. Əslində düz məntiqlə düşünən düz məntiqlə düşündüyünü anlamır. O da bir cür maldır. Təhqir edəcəm. Özüm bilərəm əşşi. Gördüm bunlarla həqiqətən də başa çımaq olmur. Bu qədər sürüyə ancaq canavar lazımdır. O da ki, indiki hakimiyyət.

İkinci söhbət də belədir. Son zamanlar bu evlərin sökülməsi haqq-hesabını ümummilli faciə ediblər. Qısası, bunu faciə edənlər də bir tipdirlər. Nə deyim?! 3 zad var ortada.

1. Mentalitet – evlərindən çıxmaq istəməyənlər ya “ata-baba yurdu” olduğu üçün çıxmır. Unudur ki, bu ev sabah başına uçacaq, altında qalıb babasının yanına gedəcək.

2. Adam düşünür ki, evi şəhərin göbəyindədir. Baha satılar. Bunlar ya az pul verir, ya da verdikləri ev uzaqdadır. Götünü tərpədib bu tərəfə gəlmək istəmir. Burda deyərlər ki, ay mal, evi bazar qiymətinə ixtiyarına versələr, sata bilməyəcəksən. Çünki almaq istəyən olmayacaq. Əvvəla ora plana düşüb. Hansı axmaq gələr oranı almağa. İkincisi də ki, satsan belə, ucuz satılacaq.

3. Bir qrup başqa mallar. Bizim millət önünə baxa bilmir. Millət deyəndə hamını olmasa da, əksəriyyəti nəzərə alıram. Amma bu o demək deyil ki, səni nəzərə almıram. Adamlar gedib bələdiyyədən onun olamayan torpaqda ev tikməyə icazə alır. Bələdiyyə də deyir ki, ver pulu kef elə. O da verir ki, kef eləsin. Amma hər kefin sonu olduğunu unudur. Ay adam balası, birincisi sən özün bilməsən də “xarabanın” biləndərindən soruş gör ki, bələdiyyənin hansı ixtiyarları və səlahiyyətləri var. Ki sabah gəlib sənin sənədsiz evini sökəndə sən haqsız çıxmayasan. Sökən də düz edir. Onda olan şəhər planına görə burda ev-zad yoxdur. O gəlir, görür ki, nəsə var. Sökür atır.

Bəs o yazıq nə etsin? Atam-qərdeşim, kəndlər boş qalıb, kənd təsərrüfatı. Məşğul ol.. hə də, türklər deyirlər ki, sizin millət, yəni azəri türkləri birdən-birə varlanmaq istəyir. Düz deyirlər.

Bu da belə. Əslində çoxu deyəcək ki, xaricdə oturub yazırsan da, sənə nə var ki.. amma bunu deyənə birinci, xaricdəkilərin müəyyən yeri onun müvafiq zadına bənd olsun. Sonrasa, tanıyan bilir ki, Bakıda da belə idim.

 

Vacib məsələlərdən biri. Bizim demokrat, liberal adı altında yaşayan, “inkişaf edən” gənclərimiz, eləcə də qocalarımız, pox da deyillər. Adamlarda tolerantlıq deyilən heçnə yoxdur, çoxu da ürəyinin və sadəcə fiziki mövcud olan beynin heç də dərin olmayan qatlarında çox kəskin mühafizəkardırlar. Açıq aydır görsənir. Hakimiyyət də bir zibil deyil, amma bunlar lap belə iyləniblər. Hər şeyi tənqid edirlər. Sökülən evdən tutmuş, havaya qalxan dumana kimi.

Keçən dəfə də bizim “kreativ” gənclər Nizami küçəsində yeni flashmob ediblər. Belə lap gülməli. Guya ki, küçənin ortasında alt paltarda qalacaqdılar. Əslində alt yox, altdakı paltarda qaldılar. O uşaqlara sualım var ki, cənab və cənabələr, siz normal vaxtı niyə dizə qədər tuman geyinirsiz ki? lap nənəmin tumanı boyda. Bu sizin etmək istədiyiniz gözoxşarlıq heçnə etməyəcək, çünki streotip sındıracaq qədər fərqli deyildi. O sizin “alt paltarınızdan” daha qısa şortikdə mən Bakıda yayda gəzirdim, ta sentyabra qədər.

Gəlirəm əsas məsələyə. Əslində elə bu yazını yazmağıma səbəb olan məsləyə. Şablon da olsa, deyim ki, Biləcəridən o tərəfə çıxmayanların Avropa düşüncələrinə. Azadlıq Radiosunun bu videosundakılar bilmirəm yığmadırlar, yoxsa elə “random” belə alınıb. Amma belə bir video:

Birinci qaqaş, mədəniyyət deyirsən, sonra mentalitet deyirsən, sonra əxlaqi uyğunsuzluqdan dəm vurursan. Arada aç videonu bax gör nə danışırsan. Əxlaqi probləm sənin ölkəndədir. Burda “mini” ətəyə və sinəsi açıq geyimli bir qıza hələ bir kopoyoğlunun bir söz dediyini görməmişəm. Fransada cəmi bir divara işəyən kişi gördüm, o da saqqalı başında da müsəlman araqçını olan idi. Yəni müsəlman. Bizdə səfirlikdə işləyən “alicənab” belə qısa geyinən qıza gölərini zilləyir. Buranın adi satıcısı lüt gəzsən, 2 saniyədən çox baxan deyil. Uzun məsələdir əşi..

İkinci qaqaşa və birinci qıza konkret DOB deyirəm. Sən açıq-saçıq geyinsən də üzüvə baxan olmaz. Buranın gay-lərindəki mədəniyyət oranın anti-gay və heterosunda yoxdur. Ay mal.

3-cü qaqaş, Avropa adamının harası həddindən artıq açıqdı axı?! De, bağlayaq.

4 və 5-ci qaqaşları da DOB-a dəvət edirəm.

İkinci qız deyir ki, avropa özü istədiyi kimi edir. Bu pisdir. Niyə, ay cənabə? Sən öyrəşmisən ki, atan, anan deyəndən çıxmayasan, buna avropa nə etsin axı?

Axırıncı nəfəri çıxsaq, hamısı DOB-luqdur. Adam balaları, gedin kitab oxuyun, məqalə oxuyun, yenilikləri öyrənin. Hadisələrin baş vermə sistemini araşdırın, sxemini cızın. Mal olmayın. Biri var, bilməyəsən və danışmayasan, yüngül ehtimal edəsən. Biri də var, bilməyəsən, ağzına gələni danışasan, özün təsdiqləyəsən və buna da inanasan. İkinci daha xarakterikdir.

Ay gənclik, alə, adam kimi yaşayın da. Bir bilsəz ki, kənardan nə qədər malsınız. Təhsil sistemi pisdir. Ay adam, pisdən belə nəsə çıxarmaq olur. Öyrən, oxu. Özün öyrən. Sənə maraqlı olan zadı öyrən. Axından çıx da, ala. Blə…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.