0

Söhbəti tutmusuz?

İdeya-virusu qeyri-adi bir ideya kimi təsəvvür edin, o ağlasığmaz sürətlə məqsədli auditoriya arasında yayılır. Bu dəbdə olan ideyadır, ardıcıl olaraq insanları yoluxdurur və yoluna çıxan hər şeyi dəyişir. Siz Hotmail serveri haqqında eşitmisiniz? Bəs ondan istifadə etmisiniz? Əgər HƏ, onda bu ona görə yox ki, hotmail-i TV-də reklam edirlər, siz sadəcə virusa yoluxmusunuz, sizi hansısa tanışınız yoluxdurub.

Arabir sizə elə gəlir ki, sizin bütün dostlarının eyni filmə baxırlar, eyni sayta daxil olurlar, eyni kitabı oxuyurlar, eyni TV proqramları  və eyni reklam roliklərini izləyirlər. Bu necə baş verdi? Nadir istisnalardan biri kimi ideya özü özbaşına yayıldı. ona görə yox ki şirkət öz reklamına böyük məbləğdə pul ayırıb. Bax, məhz bunu anlamaq lazımdır – ideyalar necə yayılır və onların daha sürətli yayılması üçün nə etmək lazımdır.

İdeya-viruslar  – xəbər deyil. İnformasiyanın ağızdan-ağıza yayılması qədimi sənət kimi köhnədir. Amma bugün çox şey dəyişib. İdeya-viruslar heç bir zamanda olmayan kimi böyük məna kəsb etməyə başlayıblar. Onları yaratmaq çox asan və yayılması da tez idi. Bizim indiki dövrdə sürət qalib gəlir: bredlərin və məhsulların köhnə üsulla hərəkətə gətirilməsinə vaxt yoxdur. Ağızlardakı sözlər zamanca donurlar, amma ideya-viruslar artırlar və yaşamağa, inkişafa davam edirlər. Gələcək onlarındır – axı biz yenilikləri sevirik. İdeya -virus isə həmişə yenilik deməkdir.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.