1

Bugünkü Dərsimiz: Sistem və Motivasiya

Hamı eyni şəraitdə, eyni vəziyyətdə böyümədiyi və tərbiyə almadığı üçün dünyagörüşlərindən tutmuş planlaşdırma, idarəetmə və s. kimi bacarıqlarında tamamilə bir-birilərindən fərqlidirlər. Əksər insanlar hadisələrin cərəyan etmə ardıcıllıqlarını şüurlu şəkildə dərk edə bilmədikləri üçün bunu dərk edənlər tərəfindən idarə olunurlar. Amma hamının öz bacarıqlarını artırmaları üçün kifayət qədər zəngin informasiya toplusu mövcuddur.

Nəsə, insanlara bir-iki sadə şeyləri izah etmək istəyirəm. Bilmirəm niyə,amma həyatı sadə yaşamaq lazımdır. Bunun üçünsə düzgün planlaşdırma aparmağı bacarmalısan. Başlayaq:

DAYANMADAN YARATMAQ  ÜÇÜN 29 SADƏ MƏSLƏHƏT

1. Siyahı tərtib et
2. Özünüzlə həmişə bloknot gəzdir
3. Spontan olaraq əl ilə yazmağa çalış
4. Komp-dan uzaqlaş
5. Özünüzü danlamaqdan vaz keç
6. Fasilələr et
7. Duşda oxu
8. Kofe iç
9. Yeni mahnılara qulaq asın, yeni musiqi janrları ilə tanış ol
10. Açıq ol (sözün yaxşı mənasında 🙂 )
11. Özünüzü yaradıcı adamların çevrəsinə sal
12. Geriyə dönüş qazan
13. Əməkdaşlıq et
14. Təslim olma
15. Praktika, praktika, praktika
16. Səhvlər et, qorxma
17. Yeni yerlərə get
18. Öz uğurlarına sevinməyi bacar
19. Çox istirahət et
20. Risk et
21. Qaydaları poz
22. Hadisələri cəfəngləşdimə
23. Lüğətdən səhifə-səhifə oxu
24. Struktur yarat
25. Kiminçünsə ideal olmağa çalışmaqdan əl çək
26. İdeya gəlib? Yaz onu
27. İş yerini təmizlə
28. Əylən
29. Nəyisə başa çatdır

 

Uğur əldə etmişlərə baxsaq, onları birləşdirən 4 əsas xüsusiyyəti qeyd etmək olar:

1. Döyüşçü keyfiyyəti 

Uğura aparan yolda tez-tez ağrı hiss etməli olursan. Çox hallarda bu, kolleqaların, rəisin ya da müştərilərin kobudluğundan irəli gələn emosional narahatlıq olur. Özünü bu tip mərhələləri adlamağa hazırlamalısan.
Ağrıya səbəb olacaq şeyləri etməməyin alternativi var. Bu yolla çoxları gedir və onlar əhəmiyyətli nəticələrə əldə etməyiblər, nəinki lider olmaq. Bəziləri buna “tale”, “qismət” adı verir və barışır. Bu cür anlayış amöbəbənzər subyektlərdə olur. Bu cür insanlar reaksiya göstərirlər, amma təşəbbüs yox.

2. Özünə və prinsiplərinə sadiqlik

Ləzzət ala bildiyin şeyi et, çox pul gətirəni yox. Mənəvi və qanuni prinsipləri unutmamaq şərti ilə.

3. Öyrənə bilmək

Bu keyfiyyəti özümüzə tərbiyə etməliyik. Yaxin 5 il üçün ideal öyrənmək planına sahib olmaq (dil öyrənmək, çapetmənin kor metodunu öyrənmək, ixtisasartırma kursları, MBA və s.) və öz maddi resurslarının 20%-ni buna sərf etmək. Ekspert ol! Şirkətdə çətin əvəzolunan ol.

4. Kreativlik 

Göbələk yığarkən tapdanmış cığır üzərində gəzməkdən uzaq ol – orda heçnə tapmayacaqsan. Heç kimin axtarmadığı yerdə axtar. Heç kəsin satmadığı şeyi sat. SeçiL. Yeni məhsullar kəşf et.

 Bunlar gözəl məsləhətlərdir. Ən birincisi isə aşağı özünüqiymətləndirmədən yayının. 

Özünüqiymətləndirməni aşağı salan 5 adət olunmuş əlaməti.

1. Müqayisə etmək vərdişi

Özünü başqaları ilə müqayisə etmək və başqalarına aşağıdan yuxarı baxmaq – asılılığın doğru əlamətidir.  Öz unikallığınızı inkar etməklə özünə xəyanət edirsən. Özünə başqaları ilə müqayisədə qiymət verərək əsl özünü heçvaxt tanımamaq riski əldə edirsən.
Özünün şəxsi güc mənbəyini iqnor etməklə avtomatik sahib axtarışına çıxırsan və əmin ol ki, onlar tapılacaq. Sən öz həyatınla nə edəcəyinə qərar verə bilməsən, bunu sənin yerinə mütləq kimsə edəcək.

2. Rəqabətdə olmaq vərdişi

Qısqanclıq hissinin əsasında kiminsə səndən daha yaxşı olması hissi və sənin bunun əksini sübut emək istəyin durur. Əlverişsiz EQO sənin yeganə stimulun olduğu müddətcə sən ötüşmələrlə yaşayacaqsan. Həmişə səndən yaxşı olan və səndən daha çoxa sahib olanlar tapılacaq. Unutma ki, həyatda əsas məqsəq “Var olmaqdır”, “Rəqabət aparmaq” deyil. Özün kimi ol, qonşudan yaxşı yox. “Ancaq bədbəxt adam çalışır ki, xoşbəxt olduğunu ; ölü adam çalışır ki, diri olduğunu;  qorxaq adam cəsarətli olduğunu sübut etsin. Yalnız öz dəyişməməzliyini bilən adam əzəmətini sübut etməyə çalışır” – Oşo.

3. Ümid etmək vərdişi

Özünə inamaqdan imtina etdikdə ümid və gözləntilərlə yaşamağa başlayırsan. Ümid edirsən ki, axın səni götürəcək və o kəs tapılacaq, hansı ki, səni həyatın o sahilinə keçirəcək. Həmişə nəyisə gözləyirsən, nəyi gözləmək istədiyini bilmirsən. Həyat sizi qorxudur, məsuliyyət isə ondan da çox.
Başqasının ssenarisi əsasında yaşayaraq özünü həyatın sehrindən məhrum edirsən. Möcüzələr tapdanmış yollarda yox, ayaq dəyməmiş cığırlardadır. Bir dəfə risk etməklə anlayacaqsan ki, sənə bu yolda gidlər lazım deyil.

4. Təsdiq axtarmaq vərdişi

Öz dəyərini bilməyəndə qiymətləndirilmən üçün başqasına müraciət edirsən. Когда вы не знаете себе цену, вам приходится прибегать к оценке на стороне. Qəbul olunmaq axtarışında isə sən istədiyin şeyi deyil, sənin layiqlik daxılına qəpik gətirən şeyləri edirsən.   Eqo isə doymaq bilmir.
Nə qədər çox təsdiq olunursan, o qədər çox öz əhəmiyyətini möhkəmləndirməyə çalışırsan. Beləliklə də, qapalı bir çevrə əmələ gəlir. Bu çevrədən qurtulmağın yeganə yolu öz dəyərinin başqalarının verdiyi qiymətlər hesabına deyil, daxildən gəlməsini anlamandır.

5. Manipulyasiya etmək vərdişi

Öz gücünə inanmayanda şəxsi məqsədlərə çatmaq üçün başqalarının gücündən istifadə edirsən. İradi və ya qeyri-iradi olsa da, sən manipulyatora çevrilirsən. Sən mümkün olan bütün fəndlərə və bicliklərə əl atırsan: vicdan əzabı ilə oynamaq, yazıqlıq obrazı formalaşdırmaq və s.
Və köhnə düymələr artıq xarab olanda yenilərini yoxlamalı olursan. Özünə inam əvəzinə əllərin cəldliyi inkişaf edir. Manipulyasiya etməkdənsə, özünü motivə etmənin yolunu tap.

 

1 thought on “Bugünkü Dərsimiz: Sistem və Motivasiya”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.