0

Həyatı dəyişən 15 ən yaxşı Sitat

Həyat maraqlı, sirli və qəribəliklər dolu bir nəsədir. Çox vaxt çətiliklərlə dolu olur. Çətinliklər  –  planımız üzrə getməyən hər şeydir.

Bəzi sitatlar var ki, onları iş stolunun ya da yatağının tavanına yapışdırıb hər səhər görəndə həyatını tam dəyişə bilərsən. Məncə aşağıdakılar bu sitatlardandır.
1. Uğursuzluq – sadəcə, hər şeyi yenidən başlamaq üçün verilən imkandır, amma bu dəfə daha müdrik. © Henri Ford

2. Əgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll olunmazdırsa, narahat olmaq mənasızdır. © Dalay Lama

3. Siz çox istedadlı olsaz da, çoxlu güc sərf etsəz də, bəzi nəticələr üçün sadəcə zamana ehtiyac var: siz bir aydan sonra uşaq sahibi olmayacaqsınız, 9 qadını hamilə etsəz belə. © Uorren Baffet

4. Həyatda bir dəfə fortuna hər kəsin qapısını döyür, amma çox hallarda həmin adam pivəxanada oturur və qapının səsini eşitmir. © Mark Tven

5. Bizim ağrılı çatışmazlığımız odru ki, bir tez təslim oluruq. Uğura aparan ən doğru yol – hər dəfə yenidən cəhd etməkdir. © Tomas Edison

6. Mən şəxsən çiyələk sevirəm, balıq isə nədənsə soxulcan. Buna görə mən balıq tutmağa gedəndə özümün sevdiyim yox, balığın nəyi sevdiyi barəsində düşünürəm. © Deyl Karnegi

7. Səhər oyananda özündən soruş: “Mən nə etməliyəm?” Axşam, yatmazdan əvvəl isə “Mən nə etdim?”. © Pifaqor

8. Ən kasıb, bədbəxt, nasaz və uğursuz adam “Sabah” sözünün tez-tez dilinə gətirən adamdır. © Robert Kiyosaki

9. Qocalar cavanlara həmişə məsləhət görürlər ki, pula qənaət etsinlər. Bu pis məhləhətdir. Yığmayın. Bütün pulunuzu özünüzə yatırın. Mən 40 yaşıma qədər həyatımda 1 dollar belə qənaət etməmişəm.  © Henri Ford

10. Mən bunu istəyirəm, deməli, bu olacaq. © Henri Ford

11. Mən uğursuzluğa düçar olmadım. Mən sadəcə işlək olmayan 10 000 üsul tapdım.© Tomas Edison

12. Ağır zəhmət – sizin vaxtında etməli olduğunuz, amma etmədiyiniz yüngül işlərin toplusudur. © Con Maksvel

13. Əvvəllər deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Sonra anladım ki, hər şeyin dəyişməsi üçün yeganə üsul – mənim özümüm dəyişməyimdir. © Cim Ron

14. Bütün həyatım boyu aldığı dərs ondan ibarətdir ki, cəhd etmək, cəhd etmək və yenə də cəhd etmək – heç vaxt təslim olmamaq lazımdır! © Riçard Brenson

15. Bugün başqalarının etmək istəmədikləri şeyləri et. Sabah başqalarının yaşaya bilmədiyi kimi yaşayacaqsan.

P.S. bir sitat da Al Paçinodan: “Həyatda iki qayda var. Birinci qayda: heç vaxt təslim olma. İkinci qayda: birinci qaydanı heç vaxt unutma!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.