0

Fridrix Nitşe – “Oxu və Yazıdan”

“Zərdüşt belə deyirdi” kitabından…

Bütün yazılanlardan yalnız kiminsə öz qanı ilə yazdığını sevirəm. Qanla yaz: və sən öyrənəcəksən ki, qan ruhdur.

Özgə qanı başa düşmək elə də asan deyil: mən oxuyan avaralara nifrət edirəm.

Kim oxucu üçün heçnə etməyən oxucu tanıyır. Daha bir oxucu yüzilliyi – və Ruh özü iylənəcək.

Hamının oxumağı öyrənmə izni olması uzun bir müddətə təkcə yazmanı deyil, düşünməni də korlayır.

Bir vaxtlar ruh Tanrı idi, sonralar insan oldu, indi isə hətta kütlə olur.

Qanla və məsəllərlə yazan, oxunmasını deyil, əzbər öyrənilməsini istəyir.

Dağ silsiləsində ən yaxın yol – zirvədən zirvəyədir: bunun üçün uzun ayaqlara sahib olmalısan. Məsəllər zirvə olmalıdırlar: və onlar, hansılara ki, Böyük və Yekəpər deyilir.

Hava incə və təmiz, qorxu yaxın və ruh sevincli küdurətlə dolu: bunlar bir-birilərinə çox yaxşı uyuşurlar.

Mən ətrafımda Koboldlar (red. kobold almanlarda domovoy, qnom, qoblin deməkdir, dağda yaşayan ruhdur) istəyirəm, çünki cəsarətli oluram. Cəsarət kabusları qorxudur, öz koboldlarını yaradır – Cəsarət gülmək istəyir.

Mən özümü artıq sizinlə hiss etmirəm: özümdən aşağıda gördüyüm buludlar, bu güldüyüm qaralıq və ağırlıq – sizin fırtınalı buludunuz beləddir.

Siz qalxmaq istəyəndə yuxarı baxırsınız. Və mən aşağı baxıram, çünki mən yuxarıdayam.

Sizdən kim eyni vaxtda gülə və yüksəkdə ola bilər?

Kim ki, ən uca dağa çıxır, o, bütün faciəvi səhnə və ciddiyyətliklərə gülür.

Cəsarətli, vecsiz, istehzalı, zorakı – müdriklik bizi belə istəyir. O bir qadındır  və həmişə yalnız (red. ancaq) döyüşçünü sevir.

Siz mənə deyirsiz: “Həyat sürmək ağırdır”. Bəs sizin günortalar qürurunuz və axşamlar itaətiniz nəyə gərək olardı?

Həyat sürmək ağırdır: amma özünüzü nəzakətli göstərməyin! Biz hamımız yüklü, gözəl eşşək və eşşəkçələrik.

Bizim vücudunda ayaz damcısı olduğu üçün titrəyən Qızılgül qönçəsi ilə ortaq nəyimiz var?

Bu həqiqətdir: biz həyatı sevirik, çünki həyata deyil, sevməyə vərdiş etmişik.

Sevgidə həmişə biraz dəlilik var. Amma dəlilikdə də həmişə biraz şüur var.

Və hətta mənə, həyata yaxşı olana, elə gəlir ki, kəpənək və sabun köpükləri və onların insanlar arasındakı növləri (red. onlara bənzəyən insanlar) xoşbəxtlik haqqında hamıdan çox bilirlər.

Bu yüngül, səfeh, incə, hərəkətcil ruhcuğazların dalğalanmasını görmək – bu, Zərdüştü göz yaşları və mahnılara sövq edir.

Mən yalnız rəqs etməyi anlayan tanrıya inanardım.

Mən öz şeytanımı görəndə o, ciddi, əsaslı, dərin və təmtəraqlı idi: bu ağırlıq ruhu idi – sayəsində bütün şeylər yerə düşür.

Hiddətlə deyil, gülüşlə öldürülür. Qalxın, ağırlıq ruhunu öldürməyə bizə kömək edin!

Mən gəzməyi öyrəndim. O vaxtdan qaçıram. Mən uçmağı öyrəndim. O vaxtdan yerimdən tərpənmək üçün təkan istəmirəm.

İndi mən yüngüləm, indi mən uçuram, indi mən məni məndən aşağıda görürəm, indi  məndə Tanrı rəqs edir.

Zərdüşt delə deyirdi.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.