3

məndən mənə məktub..

Qəribədir. Niyə görə çoxlu qızları olanı ciddiyə almırlar?! Axı onun hamıya münasibəti fərdidir. Hərəsini bir başqa cür görüb, axı hər biri ayrıdır. O isə onları olduqları kimi qəbul edib, anlayıb. Hər biri özündən başqasını istəməyib, eqoist deyillər ki?!

Məsləhət görürlər ki, mənə: “öz yetmiş yaşına məktub yaz”. Mən də yazıram.

“Əziz mən. Sən bilirsən necə olmusan? Səs lovelas olmusan, buna görə də indi təksən. Lovelas olduğuna görə yox. Onlar eqoist olduqlarına görə. Başa düşməyiblər ki, sən onlara deyəndə – “səni çox istəyirəm” – düz olanı demisən, bərabər tutlmayacaq səviyyədə sevmisən, istəmisən. Bəzisinə isə toxunamağa belə risk etməmisən. İncədir axı.. qopar. Sənə don juan deyiblər, kazanova da. Amma onlar anlamırlar ki, kazanova da, don juan da məhz elə bu cür olduqlarına görə yaddaşlarda qalıblar. Sən istəmisən ki, ən gözəl olan sənin olsun. Özün də bilirsən ki, hamısı ən gözəldi. Çünki onları müqayisə edəcək ikinci olmayıb. Sən isə müqayisə etmisən. Tapa bilməmisən.

İndi universitetdə dərs deyirsən, gözəl qızlar var. Baxırsan, düşünürsən ki, niyə mən dərs deyirəm?! halbuki onlarla bir qrupda oxuya bilərdim. Eh, əziz mən. Sən çox yaşadın, həmişə yanında kimsə oldu. Amma onların yanlarında başqaları var. Sənin yanında isə 48 il əvvəldən qalmış kağız parçası. Onlar yanlarındakını dənizdən çıxarkən quru dəsmalla qucaqlayırlar. Sən isə göz yaşlarını belə bu kağıza tökməyi bacarmırsan. Ən əsası, kefini pozma, səndə hər şey olub.”

 İmza: sən 22 yaşında.

Son cümlə daha pis təsir edəcək.

Ya da. “Ay Qoca axmaq! Bəsdir cavan qızlara ilişdin. Nolsun yaraşığın daha yaxşı olub.” Və başa düşəcəksən ki, nə qədər özünüsevən olmusan..

P.S. dayım da dedi ki, başun xərəb olub.

3 thoughts on “məndən mənə məktub..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.