0

İdeya nə qədər sürətli olmalıdır?

Uşaq vaxtı mən bütün dostlarım kimi Converse krossovkaları geyinirdim. Lakin Converse-nin sahiblerinə krossovka ilə bağlı hansısa ideya yox, satılan cütlüklər gəlir gətirirdi. Sizin qarşınızda bir neçə cüt krossovka olsaydı, siz ən ucuz olanını alacaqdınız.

Converse şirkətinə brendə çevrilmək üçün 10 illiklər, fabrikin tikilişini ödəmək üçün isə bir neçə il lazım olub. Krossovkaların qiyməti maya dəyərinə görə təyin olnurdu. Onları ayaqqabı mağazalarında ciddi satıcılar satırdılar, əsas işləri isə ayağın ölçüsünə uyğun krossovka tapmaq idi.

Converse uzunmüddətli perspektiv planı ilə işlədiyinə görə gözlyə bilərdi. Amma o dövrlər geriyə qayıtmadan getdilər. Bugün Nike şirkətinin bir cüt krossovkasını 100 dollara sata bilməsinə nə şərait yaradır? Air Jordan krossovkaları ideyası. Hətta sizin rahat krossovkalarınız varsa da, siz Air Jordan alırsız. Bu ideya Nike-yə böyük gəlirlər gətirir, ona görə də o yeni, şəxsi fabriklərini açmağı düşünmür. Lakin ən yaxşı ideyaların, həmçinin onlar üzərində qurulmuş bizneslərin ömrü məhduddur. Ona görə də Nike hər dəfə təzə nəsə fikirləşir.

Radio auditoriyasının sayının 10 milyona çatması üçün 20 il keçdi. TV izləyicilərinin sayı isə 2 dəfə sürətlə artırdı. Netscape istifadəçilərinin sayı 10 dəfə, Hotmail isə 30 dəfə. Bu cür internet-nəhənglərinin böyük auditoriya yığıb yüksək gəlirlər əldə etmələrinə  səbəb ideya-virus idi.

Müasir texnologiyalar ideyaların yayılması daha asan və ucuz edir. Bu olsun “Yeni Böcək” (ideya artıq yarandı?) ya da Stiven Kinqin romanının oxunuşu yalnız internetdə mümkün olsun (ilk həftədə 400 mindən çox oxucu var idi) və ideyanın yayılması üçün vaxt sıfra yaxınlaşır.

İdeya ani olaraq sərhədləri keçir, ədalətə və cinayətə, iqtisadiyyata, siyasətə, təhsilə olan baxışları dəyişir, bəzən də bizi nəyisə almağa məcbur edir. Gələcəkdə uğur ideyalarda olacaq, onların yayılma üsulu isə ideya-virusda. Gözləməyin ki, nəsə özbaşına baş verəcək. Fikirləşin, öz yeni ideyalarınızı yaradın və işə salın.

Əlbəttə bəzi ideya-viruslar kortəbii olur, ideyaların müəllifi olmur. Nə düşünürsüz düşünün, amma Makarenanın qudurmuş uğuru onun niyyətinin nəticəsi deyil. Lakin məhsulların, filmlərin, xidmətlərin və uçan ifadələrin çoxu ağıllı sahibkarlar və siyasətçilərin fəaliyyətinin nəticəsidir. Onlara isə öz məqsədlərinə çatmağa ideya-virus kömək edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.