0

Gülməli Kommunizm və Kapitalizm

Sosializm

Sizin 2 inəyiniz var. Birini qonşunuza verirsiniz.

Kommunizm

Sizin 2 inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə biraz süd verir.

Faşizm

Sizin 2 inəyiniz var. Dövlət onların ikisini də götürür və sizə biraz süd satır.

Nasizm

Sizin 2 inəyiniz var. Dövlət onların ikisini də götürür və sizi güllələyir.

Bürokratizm

Sizin2 inəyiniz var. Dövlət onların ikisini də götürür, birini güllələyir, ikincini sağır və südünü tullayır.

Ənənəvi Kapitalizm

Sizin 2 inəyiniz var. Siz birini satıb, öküz alırsınız. Sürü çoxalır və iqtisadiyyatınız böyüyür. Siz onları satırsınız və əldə olunan gəlirlə təqaüdə çıxırsınız.

Amerika Kapitalizmi

Sizin 2 inəyiniz var. Birini satırsınız və ikincisini 4 inəyin südünü verməyə məcbur edirsiniz. Sonra siz məsləhətçi tutursunuz ki, inəyin ölmə səbəbini təhlil etsin.

Enron Vençur Kapitalizmi

Sizin 2 inəyiniz var. Onlardan 3-nü sizin birja qeydiyyatına düşmüş şirkətinizə bankda işləyən qaynınızın akkreditindən istifadə edərək satırsınız, sonra ümumi təkliflə istiqrazların səhmlərlə mübadiləsini həyata keçirib 4 inəyinizi 5 inək lqotası ilə geri alırsınız. 6 inəyin südünün haqları sizin qeydiyyatda olan şirkətə 7 inəyin haqlarını geri satan səhmdarların çoxuğu ilə Kayman Adalarındakı məxfi özəlləşdirilən şirkətə köçürülür. Aylıq hesabat göstərir ki, sizin şirkət daha bir inəyə sahib olmaq hüququ ilə 8 inək sahibidir. Siz ABŞ-a yeni prezident almaq üçün bir inəyinizi satmaqla 9 inək sahibi kimi qalırsınız. Heç bir balans hesabatı göstərilmir. Sonra isə cəmiyyət sizin öküzünüzü alır.

Andersonun Kapitalizm Modeli

Sizin 2 inəyiniz var. Siz onları tikə-tikə edirsiniz.

Fransız Kapitalizmi

Sizin 2 inəyiniz var. Siz tətilə qoşulursunuz, ixtişaşlar törədirsiniz və yolları blokadaya salırsınız, çünki siz 3 inək istəyirsiniz.

Yapon Kapitalizmi

Sizin 2 inəyiniz var. Siz onlara re-dizayn edirsiniz, onlar normal inəyin 1/10-u boyda olub gündə 20 dəfə çox süd verirlər. Sonra siz “İnəkimon” adlı ağıllı inək cizgisi yaradıb, dünya bazarına çıxırsınız.

Alman Kapitalizmi

Sizin 2 inəyiniz var. Siz onları yenidən layihələndirirsiniz, belə ki, onlar 100 il yaşayır, ayda bir dəfə yeyir və özləri özlərini sağırlar.

İtalyan Kapitalizmi

Sizin 2 inəyiniz var. Ancaq siz bilmirsiniz ki, onlar haradadırlar. Və siz nahar etmək qərarına gəlirsiniz.

Rus Kapitalizmi

Sizin 2 inəyiniz var. Siz onları sayırsınız və görürsünüz ki, beş inəyiniz var. Siz yenidən sayırsınız və 42 inəyinizin olduğunu görürsünüz. Siz bir daha sayırsınız və iki inəyinizin olduğunu görürsünüz və növbəti vodka şüşəsini açırsınız.

Çin Kapitalizmi

Sizin 2 inəyiniz var. Və sizin onları sağmaq üçün 300 nəfər adamınız var. Siz iddia edirsiniz ki, tam məşğulluq və yüksək buğa məhsuldarlığınız var. Siz bunun əksini deyən jurnalisti həbs edirsiniz.

İsveçrə Kapitalizmi 

Sizin 5000 inəyiniz var. Heç biri sizin deyil. Və siz onların sahiblərindən himayə haqqı alırsınız.

ikinci variant: Sizin 2 inəyiniz var. Siz onları bənövşəyi rəngə boyayırsınız və şokolad fabriki açırsınız.

Hindistan Kapitalizmi

Sizin 2 inəyiniz var. Siz onlara sitayiş edirsiniz.

İraq Kapitalizmi

Hamı düşünür ki, sizin çoxlu inəyiniz var. Siz deyirsiniz ki, sizdə bir dənə də inək yoxdur, heç kəs sizə inanmır və sizin ölkəni alt-üst olana qədər bombalayırlar. Sizin hələ də inəyiniz yoxdur, əvəzində demokratiyanın bir hissəsi oldunuz.

Britaniya Kapitalizmi

Sizin 2 inəyiniz var. İkisi də dəlidir.

Yeni Zelandiya Kapitalizmi

Sizin 2 inəyiniz var. Solda olan çox seksi görsənir.

Avstraliya Kapitalizmi

Sizin 2 inəyiniz var. Biznesiniz yaxşı gedir. Siz ofisi bağlayıb, gedirsiniz pivə içməyə.

Türk Kapitalizmi

Sizin inəyiniz yoxdur. Dövlət iddia edir ki, sizin 4 inəyiniz var. Dövlət sizi sağır və sizin südü sizə satır. Və siz də bu dövlətdən razısınız.

ikinci variant: sizin inəyiniz var. Müsəlman olduğunuz üçün donuz yemirsiniz və əvəzinə inəkləri yeyirsiniz. Südü isə Almaniyadan alırsınız.

Erməni Kapitalizmi

Sizin inəyiniz yoxdur. Çünki türklər sizin inəklərə soyqırım edib.

Azərbaycan Kapitalizmi

Siz əslində özünüz inəksiniz (by Cavid Ağa)

 

P.S. bu yazını http://9gag.com saytdan götürüb tərcümə etdim. Misallar dəhşət çoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.