Hər şey tükənirsə də, sevgi də tükənir. Tükənmək özü tükənir. Bu halda tükətdikləri yenidən tükənməyə doğru yol alır.
Mən sakit gedirəm, Günəş isə ovuclarımda donmağa başladı. Ağlamayan gözlərdən süzülməyən damlaları yığıb bədənimi qızdırmağa başladım ki, əriməyim Ayın sükutundan. Axırıncı vərəqin ilk kitabını açıb ilk nöqtəni oxudum ki, sərxoşlar yuxudan oyanmasınlar. Fənəri də söndürdüm. Ətrindən heç kəs ölməsin deyə. Mən oraları tərk edəndə Səma yuxuya gedirdi. Səhrada ağacların arasından bir çaya rast gəlincəyə qədər süründüm, o çayın qumundan içib, son ağacın son yarpağı ilə rəqs etdim. Çox bədbəxt idim, üzümdən təbəssüm əskik olmadı. Vücudum danışan gözlər və baxan dodaqların ağrılarından ibarət idi. Buludların arasından onun gizlənmiş ətrini tapdım. İçdim. Meyid kimi soyuq idi. Anlamadım qoxusunu. Xəyanət sanıb buludları pərən-pərən etdim. Şimşəyin hönkürtülü etirafı vəfadarıma haqsızlıq etdiyimi dedi.
Sərgərdan olub ilan kimi gəzirdim dağların zirvələrində ölü qartal kimi yerə ilk öpüşümü verincəyədək.
For A Few Dollars More by Dj BlackJack