1

Bakı günahkardır. Kölgə isə susur.

Sən düşünürsən ki, artıq hər şeyi ona bildirmisən. Sözlərsiz, ifadələrsiz. Gizli cümlələrlə. Cümlələrin arxasındakı ikili mənalarla. Çünki onun qeyri-adiliyi də ondadır ki, o səni tanıyır və bir musiqi parçasını hamı dinləyirsə, o gözləri ilə oxuyur, bir yazını hamı oxuyursa, o sadəcə dinləyir. Son günə kimi bunu düşünürsən. Qızları nə qədər çox tanısan da, sevdiyin qız haqqında həmişə yanılırsan, nəsə qanunauyğunluq pozulur. Bu ya Bakının səndən aldığı qisasdır, ya da səni qısqanmasıdır. İstənilən halda, bu dəfə Bakı çox günahkardır. Onu səndən, səni özündən ayırır.

“Deyiləm” sözünün bu qədər qüdrətli olduğunu ağlına belə gətirmirsən. Tanrının “OL” əmrindən daha güclüdür. və İçirsən, içirsən, içirsən. Ən səmimi içki olan Tekilanı 50 deyil 100-lə içirsən. Anları xatırlayırsan. Gülən simandan təbəssüm 12-ci imam kimi qeybə çəkilir.
o təbəssüm axırıncı dəfə 2 yaşında qucağında ağladığın ananın sənin hönkür-hönkür ağlamağının nəticəsi olan göz yaşlarını öz incə əli ilə başına sığal çəkərək müşayət etməsi ilə əvəz olunur. Çox rahat duyğudur.
.. Amma çox darıxırsan, bacardığın isə bundan başqa bir şey deyil.
Səhradakı tikanın kölgəsinə aşiq olmuş kərtənkələ kimisən. Kölgə isə tikandan ayrıla bilmədiyini və səninlə getməyəcəyini deyir. Kərtənkələ isə dözülməz Səhranın dözülməz istiliyində kölgənin də ona “deyiləm” cavabını eşidir. Gedir… gedir. Nədənsə həmişə kölgənin onu izlədiyini duyur, tikanı ətrafda görməsə də.
Gecələr isə ulduzların gözəlliyindən danışır, kölgənin onu dinlədiyinə ümid edir.
Səhrada kəpənəklər uçur, yağmurlar yağır, soyuqlar düşür. Sənsə o kiçik, tikanından qopa bilməyən kölgənin ilıqlığını öz qəlbində səhra səmumumdan gizlədirsən.
Belə bir sevgidir sənin ona olan sevgin. O isə sən bunu ona deməyənə qədər anlamırdı. Təəssüf, təbəssüm, peşmançılıq, sevinc alır ağuşuna, sarır onun bütün bədənini. Sükut isə hər şeyi məchula çevirir.
Kərtənkələ isə öz optimist ümidlərilə gedir.. gedir. Kölgə isə sənə heçnə deyə bilmədiyini deyir… susur.. susur.
Bakı kölgəni səndən alır.

Parov stelar _ Psychedelic Jazz by Aya_Kal

1 thought on “Bakı günahkardır. Kölgə isə susur.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.