24-cü ilimdə kofeyə xəyanət edirəm. hələ ilk hərfləri yazıram. Dodağıma içkini toxundurmamışam. Ən qeyri-adi doğum günlərimdən növbətisi. Tam fərqli mühit. Səni sevəndən səni cəmi bir koridor ayırır. Amma hansı? Və varmı o sevdiyin?
Nəysə. Həmişə isti kofe tutduğum sağ əlimdə indi Rom tuturam. Bu içki mənim ağız dadım üçün hələ bakirədir. Yanında limon. Hər tərəf qaranlıq. 4 divarda 24-cü həyat ilim.
İçdikcə yazacam…
İlk damlaların dilə toxunuşu, sadə konyak effekti. Sonrakı an isə “O”nu xatırladır. İlk dəfə tək içməyin zövqü. Özlüyündə yaradıcı insan olduğunu düşünürsən. sadəcə həyatındakı dağıdıcı obrazları unutmaqçün yeni bi fənddir bu.
Olmadığım bir şəhər, atıram, Amsterdam. Qaranlıq olan bir tuneldəki su damcılarının səsindən azdığını anlayırsan. İtmisən və bundan zövq alırsan. Şəhər səni özününkü edir. Gecəsinin ağuşunda sərxoşcasına gəzirmiş kimi addımlar atırsan.
Növbəti qurtum və içindəki alov. İçindəki məchul sıxıntını çözəcək, həll edib cavab tapacaq kimi gəlir sənə.. ani olur və sıxıntı sənin yeni dostun olduğunu bildirir və böyük nəzakətlə özünü təqdim edir. Yalnızlığın isə səni ona qısqanmır. Bəlkə də yalnızlığın sərxoşdur və nəyin baş verdiyini idrakına sığışdıra bilmir.
ətrafda notlar yenə uçuşmağa başlayır. Səmimi təbəssüm onları salamlayır.
Boş bir bar.. öz həyat qayğı və iztirablarını sevdikləri və yeganə sədaqətliləri olan alətlərinə danışan sərxoş musqiçilərin ifası. Sənin ən güclü alətinsə qulağındır. Hər birini duyan qulağın. Və qulağına yoldaşlıq edən Rom qədəhin.
Sevdiyinin xoşbəxtliyini paylaşmaq, yoxsa öz uğursuzluğunla barışmaq? Sual əslində bu deyil. Sual “bu uğursuzluqmudur?” ..bu sadəcə növbəti mərhələdir.
“eh, dostlar, mən elə çox istəyirəm ölüm. Ki, siz bir-birinizi daha çox sevəsiniz”
Yer ağıldan kəmlərin sığınacağıdır. Mən səni səmaya səslədim. Sən həqiqət axtarışındasan, ama sonda bəzədilmiş yalanla kifayətlənəcəksən.
“mənə sevgi tapın, hansı ki, nəinki bütün cəzaları, həm də günahları daşıyır”
Bugün bir səhra gəmisindəki pirat kimiyəm..
ROm babat ickidir. Bu yay dadmisham. Onu qurtum-qurtum icmek lazimdi yoxsa lulusj olacaqsan 1-2 bardaga =)