0

xəstə fikirlər..

çoooooox zaman keçdi üstümdən..bədənə kimlərinsə qolları olur kəfən.. ama kimin?

dinləsəydim səni, inciməzdim məndən.. yavaş-yavaş çürüyür bədən, unudulmur o keçmiş. yenə də saldı yadıma Müharibə İlahəmi..sevgidə inqilab.. dəhşət.. şüurumda zəlzələ oldu, uçqunların altında da olsa, tapıb çıxarıram səni.. imkan vermirsən ki, o boşluq boş qalsın. nə əyri, nə də düz..gözümü görməz etdim, dünyaları kor adı ilə tapdaladım keçdim. soruşanlara sizi görüb, sonra da gülüb getdi deye mesaj da qoydum..

oyandım yuxudan, hansı otaqdayam, kimin evindəyəm, əlimdə sınıq şüşə, gözüm yarıqapalı.. unutmadığım bir göy üzü, sənin gül üzün, güzgüyə baxdım, mən olmadığımı gördüm, səni unutmadığımı anladım, uşaqlıqdakı kimi ağlamaq istədim, ağlaya bilməyəcək qədər zəif olduğumu xatırladım..gücsüzəm… ovlanmışam.. yeyilməyib tullanmışam..təkbaşıma qaldımsa, harda səhv etiyimi də anlamadım.. bir-bir incələdim..

zaman tikir yarıqları… amma sapları da özü çürüdür… tank kimi keçib üstümdən..sonra da şar kimi füləyir.

bitmiş sənin mərhəmətin, soruşma məndən kiminləyəm… bundan sonra daima səninləyəm.. yooooooool gözümü dağlayır….. boş… bədənimdəki zəhər qədər sərxoş.. iyrənc dadan gözəlliyin… hər anıyla itən su kimi yenidən qayıdırsan həyatımdakı kiçik qan dövranına..boş əlim, keçən hər günüm hekayədir.. redaktə olunası yazılar, ya da montaj olunmalı kadrlardır yaşamım.

pornoqrafikdir həyat. hər gün başqa biri, hər dəfə fərqli poza, getdikcə hisslər itir, duyğular impotentləşir..

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.