Liderlik, Motivasiya mövzusunda dərslər davam edir.
1. Sadəcə hərəkətin davamiyyətini təmin edin.
«Siz dayanana qədər hansı sürətlə getməyiniz elə də əhəmiyyətli deyil».
2. Alətlərinizi itiləyin.
«Həyatdan olan gözləntilər çalışqanlıqdan asılıdır. İşini mükəmməlləşdirən usta mütləq alətlərini itiləməlidir».
3. Planlarınızı korrektə edin, məqsədlərinizi yox.
«Nə vaxt ki, məqsədlərinizin əlçatmaz olduğu aydınlaşır, məqsədləri dəyişməyin, öz praktiki addımlarınızı dəyişin».
4. Hər şey ya da heçnə.
«Hara istiqamətləndiyinizdən asılı olmayaraq, ora tam qəlbinizlə hərəkət edin».
5. Sizin çevrəniz sizin gələcəyinizi müəyyənləşdirir.
«Özü özündən heç vaxt yaxşı olmayacaq adamla dostlu etməyin».
6. Yaxşı şeylər baha olur.
«Nifrət etmək asan, sevmək çətindir. Bizim dünya bu cür qurulub. Hər şeyin yaxşısını əldə etmək çətin, pisini isə asandır».
7. Küsülü olmaq – dağıdıcıdır.
«Küsülü olmaq heçnədir, əgər onu xatırlamaqda davam etmirsinizsə».
8. Mümkün fəsadları unutmayın.
«Qəzəb oyananda onun fəsadları haqqında düşünün».
9. Siz hər bir kəsdən öyrənə bilərsiniz.
«Əgər mən iki nəfərlə gedirəmsə, onlardan hər biri bir şeydə mənim üçün müəllim ola bilərlər. Mən onlarda nəsə yaxşı bir şey axtaracam və bunu təqlid edəcəm. Və pis bir şey tapacam ki, onu da özümdə düzəldim».