kor günəşin ac zülmətə faydası olmaz, qədr ağacım cəhalət torpağına kök salmaz.
parçalanmış taleyin buz kəsmiş əllərimdə od püskürür. cismimi ac və bədənimə susamış insanlar, ruhumu mələklər paylaşa bilmir.
yalnızlıqlarımın izdihamında zülmət işiğından gələn səsi dinləməkdəyəm. izdihamınsəssizliyinə nəfəs verən təbəssümümün ətrini duyuram.
beynimin unudulmuş xarabalıqlarından uzaqda çatılan qığılcımının hənirtisindən yaşananların bu xarabalıqda başladığın xatıladım. ele bu xarabaliq da məzar olacaq yalan yaşananlara.
günahkar ruhumu yorğun göz yaşlarıyla təmizlədim, günahkar mənəviyyatımın suçsuz sonsuzluqlarındakı qara qəlbini.. aç o qara qəlbinin kinayəli gülüşlərlə tükənmiş lənətli qapılarını, al ağuşuna qaranlıqlara məhkum məkrli niyyətlərlə zəhərlənmiş mənəviyyatını. bir damla suya möhtac qum dəryası ruhuna qara qəlbinin viranə qapılarından acı məlhəm.
Qara Dərvişdən..