0

Qadın Tələsi

Saxlayın siz nəzərdə, qadın tələ quranda,
Gizlədir çatışmazlığı, və üzə çıxarsa onlar,
O çirkin nöqsanlar, sizdə ikrah oyadar.
Təxəyyül edək qadın geyiminin altına,
Görək nələr var orada, edək bir az analiz,
Məhv edək sevgini hələ rüşeym halında!
Qızladırsa işiniz, pis iy gələcək ondan,
Lap indi olmasa da, it iyi gələcək ondan,
Cənablar, üfunət udmağın xeyri nə o zaman?
Qadındırsa o əgər, güman edirəm ki, mən,
Tullantıları onun sizdə hisslər oyadar,
Amma bunun harasında sevgi özünə yer tapar?!
Nədir qadın?! Nə qədər onu bütləşdirərlər?!
Saysız nəslin törədiyi peyinlənmiş torpaq!
Təsəvvür edin qadını doğan zaman!
Qəlbinizin parçasını düşünün bir an!
Səadət axtardığınız o deşiyə baxın!
Görün taybatay açılmış o deşiyi!
Budur onun paçası, arasından da çıxır,
Biçimsiz, kirli, yaş, selikli ət parçası!
Soyundurun qəlbinizin bütünü!
Soyundurun onu istənilən zaman!
Sayıqlayırdınız tərli ətli budlara görə?!
Yoxsa onların arasında qaralan,
Üfunət mənbəyi olan dibsiz quyuya görə?!
Yoxsa budların arasından həyasızcasına dikələn,
Biti, birəni özünə məskən edən,
Dolaşıq tük topası edirdi sizi dəli?!
Bəlkə göbəyə qədər sallanan, un kisəsinə oxşayan,
Bürüşük ət tikələri əzirdi qəlbinizi?!
Gerçəkdən mi qadın bu xəlvət yerlərinin birində,
Gizlədir gözəlliyini, pərəstişə layiq olanı?!
Axı siz görürsünüz! Görürsünüz qadının ayaqlar arasını!
Zülmət deşiyini örtən o donuz dərisi rəngli,
Həşərat ağzına oxşar dodaqları görürsünüz ayaqlar arasında,
Axı siz görürsünüz! Görürsünüz ki, onlar,
Arxadan daha iyrənc bir deşiyə tay olurlar,
Bu idi o qadınlıq, o dişilik, o incəlik,
Bu idi sizi soxulcan tək süründürən o gözəllik?!

Marquis De Sade (“Juliette” romanından)

Fransızcadan tərcümə etdi və şeir formasına saldı: İlkin Santak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.