“Bugün” – niyə biz bu sözdən belə çox qorxuruq? Niyə bugün bizdə olanın gözlərinə baxmaqdan çəkinirik? Niyə biz fikrən tez-tez “dünən”ə qayıdırıq? Sanki “sabah” çox güclü və işıqlıymış kimi hər şeyi ona çağırırıq.
“Bügün” bizi qane etməyəndə ya xoş “dünən”ə qayıdırıq, ya da hər şeyin fərqli və daha yaxşı olacağını iddia edərək dediyimiz, “sabah”a ümid edirik. Halbuki bütün “bugün”lər hələ “dünən” “sabah” idilər. Və hələ heç vaxt “sabah” bizim istədiyimiz kimi olmayıb, heç bir vaxt “dünən” yenidən “bugün” olmayacaq.
Bəlkə də xatirələrlə yaşamağa son qoymağın zamanı yetişdiyini zaman bizə izah edir, biz anlamırıq. Biz gələcək barəsində düşünürük, halbuki bizim indimiz bizim diqqətimizin kənarındakı dərin quyuda bizi səsləyir. Kimsə sabah gedib hər şeyi etiraf edəcək, sabah atasından üzr istəyəcək, sabah kursa yazılacaq.. ya da “birisigün”… olmasa, “obirisigün”.. biz gec ola biləcəyini ehtimal etmirik. Bəlkə də bütün işləri “sabah”a saxlamağı tərgitməyin zamanı gəlib.
“Bugün” – səni heç vaxt aldatmayacaq ən sadiq yol yoldaşın. “Bugün” – üzərində ən çox işləməli olduğun yeganə gün. “Bugün” – zamanın ən yaşanılası kəsiyi.
Əgər sənin “bugün”nün səniqane etmirsə, onu bugün dəyişdir, bu saniyə, bu an. Bugün olanınla yaşa, zövq al. Bugün səndə olanın qiymətini bil, dəyər ver. Və çalış ki, “sabah” olacaq “bugün”nün “dünən”indən daha yaxşı olsun.
Nosaj Thing – Fog by NOSAJ THING
(c)