belə oturmuşam. elə ciddi bir iş görmürəm. biraz gitarada “ifa” elədim. barmaqlarımın ucunun keyindən sonra klavyalara toxunmağın romantikasını yaşayıram. bu gecə “romantika” sözünü “takmışım kafaya”.
biraz içmişəm, amma lap biraz. o qədər biraz ki, ətrafımda 3-4 nəfər olduğunu təsəvvür edirəm, hərə öz lomkasında, mən də öz söhbətlərimdə, hamı qulaq asır, dinləyir, amma harda dinləmirlər. hərə öz divarlarındakı son məktubları fikirləşməkdədirlər. mənim də dərdimə şərik çıxırlar, dərd demək olarsa.
əvvəllər həsrətini çəkdiyin birinə görə yazırdın heç olmazsa, bu, özü bir xoşbəxtlik idi, yaza bilirdin, həsrətində olduğun iri vardı. indi kefsizlikdən yazırsan, tənhalıqdan yazırsan, amma nə qədər yazasan ki?! ən yaxşı oxucun da indi artıq xəyanət etmişdir bəlkə. heç oxumur səni. unudulmuşsan, itmişsən, getmişsən.
“bugünlerde kendimi hıyar gibi hissediyorum” (c). gülmək ilahi şeydir, hərçənd allah yoxdur. xatırlayıram ki, gülüş vatikan kilsəsində qadağan idi, güləndə adam düşünə bilmir, düşünməyəndə adam şeytanı dərk etmir, sadəcə gülür, şeytanı tanımayan allahı qəbul etməz. gülməlidir, məgərçi tanrını qəbul etmək üçün şeytan da şərtdir. sözüm əslində bunda deyil ee. elə belə yazıram. kefim qəşəng olanda, lomka basır, amma lomka basanda da gülməyə üstünlük verirəm. qəribələşirəm. hırrrr gəlir mənə.
bir zaman gələcək və “bağışlayın, siz “O”sunuz? bilsəniz, siz həmişə mənim xəyalımı zəbt edərdiniz, sizə yazılar həsr edərdim. getdi o zamanlar, siz məni unutdunuz, amma siz həmin “O”sunuz? hər görüşünüzə gələndə həyəcandan gülərdim. Siz həmin “O”sunuz? heç cür sevgimə inanmadınız. yox, yox, siz “O” deyilsiniz, o mənim ona həsr etdiyim kainat uğrunda mübarizə aparardı. Qoca dənizçinin mənə hədiyyə etdiyi “O”, zamanın məndən aldığı “O”, aylarla qazanıb, saniyələrdə itirdiyim “O” sizsiniz? mmm, yox, deyilsiniz, “O”nunla söz vermişdik ki, illər sonra “Gün keçdi” deyib həyatımızdakı ilk peşmanlığın həzzini və iztirabını bir yerdə yaşayacaqdıq. “O” deyilsiniz, biz içəcəkdik o tünd qırmızı şərabdan və hem vaxt olmayan kimi qucaqlayacaqdıq bir-birimizi sevgisizliyə inad olaraq.
deyəcəm. ama deməyəciyəmə hələ də ümid edirəm.
xəyanət etməyib sizə ən yaxşı oxucunuz =)
sevirəm o oxucunu 🙂