0

insan və…

İnsan siqaret idi – seksdən sonra
İnsan səmada olan vagina idi – niyə sualına cavab verməyən
İnsan dünyanın karmasında müstəvi idi
İnsan ət parçası idi – qəssabı gözləyən
İnsan əylənmək istəyən uşaq idi
İnsan ayaqqabı idi – keçi dərisindən, möhkəm, isti
İnsan kitab idi – qrammatik qanunların ilk yazıldığı
İnsan saksafon idi – Duke Ellingtondan “Caravan”ı ifa edən
İnsan bazar günü idi – şənbə əyləncəsindən sonra yorğunluğu çıxaran
İnsan saç idi – uzun, parlaq, həcmli, yumurta ilə yuyulan
İnsan zürafə idi – savannaları bəzəyən

İnsan saniyəyə əsr qədər dəyər verdi, xaosu nizama saldı, sonra rənglədi, rənglər müxtəlif, sərhədlər aydın idi, iş böyük, nəqqaş dəqiqliyi tələb edən. İnsan qırmızını qaranın, qaranı ağın həbsindən xilas etdi. İnsan xilaskar oldu, hifz etdi, mühafiz oldu. İnsan xoşbəxt oldu. İnsan bunu paylaşdı, paylaşdıqca çoxaldı, çoxaldıqca dəyişdi, dəyişdikcə rəngarəngləşdi, rənglər xaos yaratdı, insan sayını artırdı, insan çoxaldı, çoxaldıqca zaylaşdı, çoxaldıqca parçalandı, çoxaldıqca fərqləndi. İnsan çoxaldıqca insansızlaşdı. İnsan rəngləri xilas etməyi unutdu, insan insanı həbs etməyə başladı, rənglər qarışdı, tündləşdi. İnsan kəşf etdi, insan icad etdi, insan inkişaf etdiyini düşündü, insan məhvə doğru inkişafda olduğunu görmədi, insan insanı incitdi, insan insanı əzdi, sürüdü, insan insana dözmədi, insan insanı azaltdı, insan azaldı, rənglər çoxaldı, insan oyandı, insan ayıldı, insan fərqinə vardı, insan gecikdi, insan fürsətini fövtə verdi, insan dözmədi, insan məhv oldu, insan yox oldu, rənglər qarışdı.

İnsan siqaretdir – zəngin qətran, az miqdarlı nikotin tərkibli
İnsan səmada olan vaginadır – niyə sualına cavab verməyən
İnsan dünyanın karmasında müvəqqəti çatdır
İnsan ət parçasıdır – milçəyi gözləyən
İnsan əylənməyə gəldiyi halda kədər tuluğuna çevrilən zalımdır
İnsan ayaqqabıdır – brend, ucu deşik, dabanı yırtıq
İnsan kitabdır – hər abzasında qrammatik səhvlərin qırmızı qələmlə işarələndiyi səhifələrlə dolu
İnsan saksafondur – qara zurna ifaçısının əlinə düşmüş
İnsan bazar günüdür – bazar ertəsi ucbatından yarımçıq sevilən
İnsan saçdır – kəpəyə qarşı şampunu olmayan ya da ucunda toplanmış dehidrotestesteron ucbatından tökülən
İnsan zürafədir – pişik əvəzinə əhilləşdirilmiş

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.