0

təxəyyülün Səltənəti

və mən, sizin düşündüyünüz həmin Şeytan. Mən şərəm?! Mənim səltənətimi sadəcə cəhənnəm adlandıraraq cahillik etmiş olduğunuzun fərqində deyilsiniz.
Mənim səltənətim yerin altında, alovlarlar, göz yaşları, biganəlik və nifrətlər içində üzən bir gəmi kimidir. Hər şey ölümlə başlayır.

Ölüm bizi tez-tez ziyarət edir, biz onu ciddiyə almırıq və o çıxır, gedir. Biz isə özümüzə səhər qəhvəsi hazırlayırıq. Biz hazır deyilik ölümü qonaq etməyə, həm də qonaqpərvər deyilik. Ölüm gələndə biz nəzakətsizlik edib: ““Olum” biraz da qalacaq” deyirik və beləcə illərlə bu müvəqqətiyyət davam edir. Ölüm inciyir, amma kin saxlamır və bir gün biz həddindən çox yalan demiş olduğumuzun fərqinə varanda ölümün toplanmış olan incikləri qəzəbə çevrilir, o, qapını döymədən içəri girir və bir də çıxıb getmir.

Ölümü yeni bir həyatın yaranmasına qədərki keçid mərhələsi kimi görməliyik. Qar yağmasa, yeni nərgizlər başlarını bəyazların içindən çıxarıb, yerə bağlılıqlarına baxmayaraq, səmaya olan sevgilərini ərz edə bilməzlər.
İnsanın fərqi isə nə yerə, nə də göyə bağlılığındadır, nə birincini, nə də ikincini sevib-sevmədiyinə qərar verə bilmədiyi üçün canlı daş kimidir. Xudpəsənddir. Insan cəhənnəmi düşünüb və məni oranın Hökmdarı təyin edib. Bunu insan edib. İnsan özünü cəzalandırmaq üçün cəhənnəmi icad edib. Öz istəkləri ilə cəza almağını tələb edir. Deyəcəksiniz ki, insan ruhunda özünüməhvə meyl yoxdur?! İnsan mənim səltənətimdə fiziki iztirab yaşayır, halbuki sevginin köməyilə ruhun əzabını da dadır. Insan cəhənnəmdə belə azaddır, sadəcə bunun fərqinə varacaq qədər kamil olsaydı cəhənnəmi düşünüb orada özünə cəza təyin etməzdi. Cəhənnəm insan təxəyyülündən başqa heç yerdə mövcud deyil.

Soruşacaqsınız ki, niyə insan cəhənnəmin müxtəlif cəzalarını təyin edib?! Mazoxizmin müxtəlif səbəbləri var. İnsan əzab çəkdikcə daha parlaq həyat yaşadığını zənn edir, reallığa daha çox bağlanır, həyatı daha yaxından hiss edir. Mazoxistin zövq aldığı başqa bir şey özünə yazığı gəlməkdir. İztirabını yaxınlarına nümayiş etdirərək özündən qəhrəman və əzabkeş obrazı yaradır.

Erkən xristianlıqda insanlar İsanın əzablarından pay istəyirdilər. Bunu insan özü düşünüb. Mən düşünməmişəm. İnteqrist-katoliklət özlərini kəmərlə döyürdülər, ya da müsəlmanların özlərini qılınclamaları, zəncirləmələri. Bu da insanın icadıdır. Cəhənnəm mazoxist üçün cənnətdir. İnsanın özünə olan sevgisi tam deyil. İnsan onun başına gələn bütün bədbəxtliklərin tək günahkarıdır. İnsan istədiyi zaman cəhənnəmi tək edib, yenidən doğula bilər. İnsanlara görə ən qatı şət mənəm, halbuki özlərindən qəddarı yoxdur. Niyə hər yerdə xeyir hökmranlıq etmir? Yuxu oxuyur ki, şər olmazsa, tanınmaz xeyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.