1

Bədr-üd-DÜCA. 27.03.11

İmadəddin Nəsimi..

Bu şəxsiyyətin adı ilə bu yazımı yazıram . Çünki elə buna ən böyük səbəb də O özüdür. Kimlərinsə mənəvi ustadı, kimlərinsə həyat tərzi, kimlərinsə yaşamına səbəb olan musiqidir onun qəzəlləri və fəlsəfəsi, onun daxilindəki HƏQQ-i bizim də ruhumuzu oxşadı, vücüdumuza yol tapıb qəlbimizi sızlatdı, simlərə toxunanda uçuşan notlarımız, səslənən ahəngimizin içinə çökdü sanki o HƏQQ.

Proqresiv olduq, Sımadıq bu cahanın faniliyinə, əksinə öz cahanımız iki oldu.  Yalanlardan doğulan bütün həqiqətləri inkar etdik, yalanın həqiqiliyini anladıq. Səndən Laməkanlığı öyrəndik, şərhsiz, izahsız baxdıq. Sözlərindən sədəf düzdük ahənglərə. Anlatdıq ki, ŞƏMS də, QƏMƏR də SƏN olmusan və ruhlarımıza bağışladığın rəvanınla hələ də yaşayırsan.

Pirsən, Cavansan, Tirsən, Kamansan, Asisən, Adilsən, Kamilsən, CAhilsən. SƏN yoxsan və  SƏN hər yerdəsən.

Bimarlara dəva verən cananın bizi heç vaxt bimar sanmayacağını da SƏN dən öyrəndik. İstəmə dedin, Çün bu aləm bivafədır. Dünyanın sevgisi ağır. Cinxilqətin iqrar olmaz, dedin, İstəmədik.

Sirrini xəlqə faş etmərik., rahat ol! Usta!

______________________________________________________________________________________________________________________________________________

Bədr-üd-DÜCA.. bu ikinci konsertimiz olacaq.. yorulmuş ruhumuz dincəlsin.

1 thought on “Bədr-üd-DÜCA. 27.03.11”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.