0

eşqimin səhra Mühəndisinə izharı

Əziz kaktus.

Dərdimi səndən başqa kimə desəm, sədparə olub torpağa qovuşar. Bir səhra bilir ki, ancaq sən məni başa düşər, dərdimə həmdəm olarsan. Jeludəmu aşiq olub.

Bu eşq çırağı onu yandırır, sovrulub kül olmağa da cəsarəti qalmayıb. Dhaferin simlərinə ahəstə-ahəstə toxunarkən dünyanın ənduhunu daşıyırmış kimi avazlanan ud tək ürəyim boğazımda döyünür. Eşqim bir ümmana çevrildikcə məsruru-xürrəm olmaq əvəzinə atılmış gülü sevda kimi bir duyğu gəlir, halbuki nə gərək?! bilirsən, o necədir? Onun məftuni-səri-zülfünə qüllab gərəkməz, rəncuri-ləli-ləbinə innab, gərəkməz. Vəfadarımın qaşın görənə səcdeyi-mehrab gərəkməz. Aşiqəm, xəstə könlümə xab gərəkməz. Yoxdur bu cahanda dilbəri-ziba onun kimi. Zira mən yarımdan uzaqdayam, elm arxasınca Çinə getmişəm,  olub qəm yatağı şad gördüyüm bu könül, dağılıb həsrətdən abad gördüyüm bu könül. O gözləri şəhla, qaşı peyvəstə, təni növrəstə əzizim də darıxır. Nə qılım buna çarə?! O bir xoş çəməndir ki, güllərinə heyranəm, ləhceyi-bülbüllərinə qurbanəm. Bu eşq badeyi-lütfi-xudadır, məxfidir, müəmmadır bu. Lakin vəfalım qoyub burda qalə tək məni, hicran alovu əhatə edib halətək məni. Ol qərmərçöhrəmin zülfü çalıb məni əqrəb kimi, aləmə işıq saçır bu divanə ruhum kovkəb kimi. Nur çöhrəsi ilə hər gecə qəməri, hər sübh şəmsdən öncə dünyamı işığa boyayır. Səsini eşidən bülbüllər xar olur, susurlar. Bimaramsa, dəvam odur.

Aşiqəm ol xətti-xalı, gül camalına tamaşa etməkdən doymadığım sevdalıma, var olan və olmayan hər şeydən dəyərli dürr danəmə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.