sarı sadəcə rəngdir. Mən isə onun göyə qovuşmağa keçən yolun təsviri-hekayəsini cızmaq kimi bir taleyüklü addımı atıb, cəncələ bulaşmağın zövqünü yaşamağa cəhd edirəm. Sarı öz dünyasındadır. O, göydən xəbərsizdir, onu düşünmür, onun əks qütbündə dayanıb, ona inad öz orbiti ətrafında hərəkət edir. Sarının hərəkəti göyün, göyün hərəkəti isə sarının xilasına müdaxilə edir. Maneələr onlara qarşıdır.
sözügedən dəryanın təbəqələri var. hər mərhələnin məxsusi mürəkkəbliyi, keçilməzlik kimi görünən qorxunc maneələri var. bu hekayənin təsvirini Jeludəmu bu cür qələmə alardı:
cəhalət:
səni görmək xoşdur, mənə yaxın dur və heç nəyə toxunma. xilas üçün sarının çevrəvi düşünməsi mütləqdir. asan olmalıdır. sadəcə solumda dayan. heç vaxt təslim olma. bəzi şeylər üçün vuruşmaq lazımdır.
inkar:
göy gözlənilməz döngələrdən ibarət olan bir yoldur. diqqətlə addımla, özünü idarə et. instinktinə güvən. dəyişiklik normaldır. göyü inkar etmə. göyü qucaqla.
qəzəb:
qəzəb müəyyən seçimləri daha aydın edə bilir. hətta xaosda da izlər yaranır. göyə olan ehtiyac səni müəyyənləşdirmir. qoy, göy səni gücləndirsin. eyni şeyləri təkrarlamaq, lakin başqa nəticə gözləmək dəlilik əlamətidir.
danışıq:
bu, həm də sənin insan olduğunun əlamətidir. əgər fəaliyyət bir dəfə edilibsə, o, edilməmiş ola bilməz. sən bundan qaça bilməzsən. situasiyanı qəbul et və irəli addımla, uğursuzluğun dəvətlərini sınamaq üçün. müqavimət seçim deyil.
günah:
hər şey nəzər nöqtəsinin nəticəsidir. peşmanlığın iki tərəfi olur: bizim etdiyimiz şeylər, bizim etmiş olduğunu istədiyimiz şeylər. başqaları sənin özünü günahkar hiss etməyinə səbəb ola bilərlər. lakin günah yalnız sənin öz içindən gələ bilər.
depressiya:
səndə hər şey qaydasındadır. niyə bunu özünə edirsən? sən nəyi sübut etməyə çalışırsan ki? sən qalib gələ bilməyəcəksən. Bütün bu əzab və iztirab ona dəyərmi? Mən sənin getməyini istəmirəm…
ümid:
mən istəyirəm ki, sən getməyini istəyəsən. bizim təslim olmağa heç bir səbəbimiz yoxdur. sən, yəqin ki, bu qədər uzağa gedə biləcəyini gözləmirdin. Və əgər biz nəyisə gözləyiriksə, bu bizi necə hərəkət etdirər ki? Gözlənilməz şeylər gözəldirlər. Bütün gözlətilərindən imtina et. onlar inkar, qəzəb, günah və depressiya üçün münbitlikdir.
qəbullanma:
mən diləyirəm ki, sən bunu görəsən. bu, mənimçün olmasaydı, sən burda olmazdın. bunu etiraf et. dəyişiklik sənin üçün yaxşıdır. təəssüf etmək üçün heç nə yoxdur. qəzəb həmişə müvəqqətidir. bəzən getməyinə icazə vermək ən çətin seçimdir. sən irəli hərəkət etmək məcburiyyətindəsən. Ancaq mən istəyirəm ki, sən biləsən…
Mən burdayam.
biz bir çevrə ətrafında əks qütblərdə dayansaq da, eyni istiqamətdə hərəkət edən iki rəngik. sən Sarı, mən Göy.
mən səni bağışlamıram. gözləyirəm