Əvvəllər bizə satışımızı təşkil etmək üçün “fasilə verən” marketinq kömək edirdi. Biz insanları şəxssizləşdirilmiş, yersiz və lazımsız mesajlarla insanların diqqətlərini yayındırırdıq və ümid edirdik ki, onlar nəsə alacaqlar. Hərdən baş tuturdu.
Hətta marketinqin bu üsulu da işləməyəndə belə onun bir ləyaqəti qalırdı. Marketoloq onu tam şəkildə idarə edə bilirdi. Sözsüz ki, hamı çatışmamazlıqları görürdü: çətinlik, qiymətin yüksək və effektivliyin aşağı olması. Amma dirənməkdə davam edirlər. Bir müştəri cəlb etmək üçün Eddie Burner və Land’s End kimi bağlama ticarəti şirkətləri bir neçə yüz növ müxtəlif poçt markaları alırlar və al-əlvan kataloqları müxtəlif ünvanlara göndərirlər. Ümid edirlər ki, heç olmsa bir ünvan maraqlanacaq.
Fasiləli marketinqin nə formada olması vacib deyil. Bütün hallarda o işləyir ya da işləmir-eyni şeydi. Marketoloq insanların diqqətini yayındıran reklam sifariş verir. İstehlakçı istənilənvariantla bundan qaçmağa çalışır. Hətta SuperKubok vaxtı yayımlanan ən dahi reklam roliki risklidir. Ən yeni, cəlbedici veb səhifə belə özünü doğrultmur. Müştərilərə birbaşa müraciət üzərində öz şirkətlərini quran reklam verənlər, “fasilə verən” marketinq həndəsəsinin əsirinə çevrilirlər.
Marketoloqlar – biz bu və ya digər dərəcədə marketoloquq – istehlakçılar arasında görünməyən informasiya axınını hərəkətə gətirən bir qüvvə kimi istifadə oluna biləcək marketinq alətininin daimi axtarışındadırlar. Alıcı ilə birbaşa ünsiyyətdə olmaqdansa, imkan yaratmaq lazımdır ki, onlar özlərini bir-birlərinə məlumat versinlər.
İdeya-virusu yaratmaqla biz reklam üçün yer almırıq, biz ideyamızın yayıla biləcəyi mühiti formalaşdırırırq. Qalan işi isə ideya-virus edir.