Sevgi ilə qane olmaq olsaydı, hər şey çox asan olardı. Nə qədər çox sevirlər, absurdu o qədər möhkəm təsdiqləyirlər. Don Juanın qadından qadına keçməsi sevginin azlığından irəli gəlmir. Onu mükəmməl sevgi axtaran kimi təsəvvür etmək gülməlidir, gözləri sevgi ilə kor olub, onunla işıqlanır. O onların hamısını eyni qədər sevir, səmimi qəlblə, o hər dəfə təkrar-təkrar özünü hisslərin dərinliklərinə vararaq qurban vermək məcburiyyətində olur. Çünki onun məşuqələrinin hər biri ona digərinin heç vaxt vermədiyi və verə bilməyəcəyi həzzi yaşatmağa ümid edir. Hər dəfə onlar yanılırlar və yalnız onun bu cür təkrarçılığa olan tələbatını anlamasına nail olurlar. “Nəhayət ki – qızlardan biri ah çəkir – mən sənə sevgi gətirdim!” Don Juanın buna gülməsinə təəccüb etmək lazım deyil. “Nəhayət ki? – yox, sadəcə növbəti dəfə”. Və niyə görə az vurulmaq lazımdır ki, sevəndə möhkəm sevəsən?
Don Juan kədərlidir? Bu həqiqətə oxşamır. Xronikaya biraz nəzər salmaq kifayət edir. Onun gülüşü, qalib hünəri, nadincliyi, teatrlılığa olan zövqü – bütün bunlar işıqlı və fərəhlidir. Hər bir canlı özünü dəfələrlə artırmağa meyllidir. Don Juan belədir. Bundan başqa, kədər iki şeyə görə olur: cəhalət və ümid. Don Juan bilir və ümid etmir. O öz hədlərini bilən rəssam təəssüratı yaradır, heç vaxt həddini aşmır, ruhunun davamlılıq əldə etdiyi etibarsız zaman kəsiyində maestronun rahatlığı cəlbedici olur. İstedad da bundan ibarətdir: öz sərhədlərini bilən ağıl. Özünün fiziki ölümünə qədər Don Juan kədərlənmir. Ona bilik gələn andan o ucadan gülür, ona görə də ona hər şeyi bağışlayırlar. O ümid bəsləyəndə qəmgin olub. İndi o yenə də dodaqlarında yeganə doğru elmin xırtıdayan, acıtəhər qadınının tamını hiss edir. Acıtəhər? Biraz: onsuz xöşbəxtliyi hiss edə billməyəcəyin həmin o lazım olan natamamlıq.
Don Juanda Ekklesiatın müdrikliyi ilə qidalanmış insanı görmək cəhdi aldadıcıdır. Ya da onunçün ölümdən sonrakı həyata ümid etməkdən başqa heçnə boş deyil. Və o bunu səmaların özlərinə qarşı oyunda onu karta qoymaqla sübut edir. İstəklərin yatırılması üçün sərf olunana təəssüf etmək, gücsüz adamların şablon bayağılığı, qətiyyən ona xas deyil. Bu Fausta aid olan şeydir, o ruhunu şeytana satmaq üçün kifayət qədər allaha inanıb. Don Juan üçün hər şey daha sadə idi. Tirso de Monlinin “Yoldançıxaran”ı onu cəhənnəmlə təhdid edəndə deyirdi: “Mənə daha uzun möhlət verilsin”. Ölümdən sonra nə olacağı vacib deyil, halbuki sağla bilənin qarşıda gör nə uzunluğunda günlər kəndiri var. Faust inadla dünya naminə istəyirdi – bədbəxt, əlini uzatmaq kifayət idi. Ruhla sevinə bilməmək, artıq onu satmaq deməkdir. Əksinə Don Juan səliqə səhman yaradır. Və əgər o qadını tərk edirsə, ona istəyinin olmamasından və heçnə hiss etməməsindən deyil. Gözəl qadın həmişə itənilir. Sadəcə o bu dəfə başqasını istəyir, bunlar isə fərqli şeylərdir.
Dünyəvi həyat onu tam qane edir,onu itirməkdən pis şey yoxdur. Bu dəli – böyük müdrikdir. Lakin ümidlə yaşayan insanlar bu dünyaya çətin uyğunlaşırlar, hardakı xeyirxahlıq öz yerini alicənablılığa, incəlik kişi sükutuna, icma isə yalnız cəsarətə verir. Amma hamı təkrarlayır: “bu zəif insan idi, ya idealist, ya da müqəddəs”. Başqasının səni təhqir edən böyüklüyünü necəsə udmaq lazımdır.