0

ruhum vücuduma…

bügun bir neçə qərarımı dəyişmək qərarı verdim..ruhum bu halında istirahət etməyib. qoy etsin..gözlərini yumsun, vücuduma məktub qoysun..

“narahat olma, bir neçə anlığa çıxıram, sənə illər kimi görünsə belə, içindəki toz nəfəs almağa imkan vermir.. çıxacağım qapı gözlərindir.. qayıtmağımı istəyirsənsə açıq saxla..”səni sevirəm”lərdən üfünət qoxur için..xəbərin yoxdur, ama parçalanıram..səni görürəm, alçaqlıq xəstəliyinə immunun güclüdür, ama mənə həmişə pis olanda müraciət edirsən, səni başa düşmədiklərini deyirsən, onların buna məcbur olmadıqlarını da özün bilirsən, bəlkə sən anlada bilmirsən?!

gözləmə ki, kimsə çıxış qapıma baxıb məni görəcək. mən gizləndiyimə görə görsənmirəm,sadəcə hamı qapının formasına və gözəlliyinə baxır, rəngini və parıltısını bəyənir, bir kəs belə mənim çıxa bilməm üçün öz qapısını açmır. onlar onun qapı olduğunu belə bilmirlər. mən gedim, sən mənsiz biraz düşün.. ama düşün.”

nə o qırmızı şərab, nə tünd çaça, nə sevimli kofem onu saxlaya bilməzlər.. o incidi, bir neçə anlıq incisə də, uzun çəkdi.. necə də ağladı..yanağıdan süzülən hava damları o qədər təmiz idi ki, içimdəki tozun ona necə hopduğunu gördüm..ruhumu toz basmışdı..

tərki vücud, tərki cahan, tərki məkan olmaq istəyirəm, tərki zaman olmaq istəyirəm..notların axdığı tuneldə boğulmaq istəyirəm, ritmimi qucaqlamaq istəyirəm, onu geri qaytarmaq yox, onu yenidən tanımaq istəyirəm, işıqları söndürüb ağuşunda sükuta qərq olmaq istəyirəm, baxışlarını dodaqlarımda hiss etmək istəyirəm, ürək döyüntümü səs tellərində eşitmək istəyirəm…mən son dəfə sənə toxunub özümü alışdırıb kül olmaq istəyirəm..

roma tətili.. hər dəfə müharibə ilahəmi yadıma salır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.