Don Juanın nitqlərindən kifayət qədər çox hiddətləniblər və bütün qadınlarla söhbətlərində həmişə istifadə etdiyi eyni ifadə. Sevincin kəmiyyətinin arxasınca qaçanlarda yalnız fəaliyyət hesaba alınır. Etibarlı keçidlərə xidmət etdiklərini sübüt etmiş sözləri çətinləşdirməyin nə mənası var? Heç kim – nə qadın, nə də kişi – onları dinləmir, güman ki, onları tələffüz edən səs daha çox dinlənilir. Onlar nəzakətin həm qaydası, həm şərti, eyni zaman da təzahürüdürlər. Onları deyirlər, sonraya isə əsas işi görmək qalır. Don Juan artıq buna hazırlaşır. Nəyə görə O öz qarşısına mənəviyyat problemlərini qoyacaq? Axı O lənəti özünə Miloşun Manyarası kimi müqəddəs olmaq üçün cəlb etmir. Cəhənnəm onun üçün – göylərə atılan çağrının nəticəsidir. Tanrının qəzəbinə yalnız bir cavab var: o insan şərəfinin təsdiqindədir. “Mən şərəf insanıyam – o Komandora deyir – və öz andımı yerinə yetirəcəyəm, mən cəngavərəm”. Lakin ondan immoralist düzəltmək böyük səhv olardı. Bu münasibətdə “o hamıya oxşayır”: onun mənəviyyatı onun simpatiyalar və antipatiyalarına əsaslanır. Don Juanı anlamaq üçün nəzərdə tutmaq lazlmdır ki, O tutarsız fikirləri simvolizə edir: adi yodançıxaran və qadın cinsinin pərəstişkarı. Ancaq bir fərq var ki, o bunu aydın şəkildə bunu anlayır və buna görədə absurdun insanıdır. Nə vaxt ki, yoldançıxaran idrak aydınlığına çatır, O, o qədər də dəyişmir. Aldatmaq – onun daimi halıdır. Bu ancaq romanlarda baş verir ki, insanlar öz həyat vəziyyətlərini dəyişib daha yaxşı olurlar. Belə də demək olar: heçnə dəyişməyib, eyni zamanda hər şer transformasiya olunub. Absurdun insanı əşyalaın dərin mənasına inanmır. O, qısa nəzərlə bütün bu istilik saçan ya da heyrətlənmiş simalara baxır, onları ehtiyata atır və yubanmadan davam üçün tələsir. Zaman da onunla hərəkət edir. Absurdun insanı özünü zamandan ayrı saxlamır. Don Juan qadınları “kolleksiyalaşdırmaq barədə düşünmür”. O, onların çoxluğunu təngitmətlə özünün həyata olan şanslarını təngidir. Kolleksiyalaşdırmaq – keçmişinlə yaşamağa qadir olmaq deməkdir. Axı O, peşmançılığı elə həmin ümidin başqa bir forması kimi inkar edir. O portretlərə baxmağı bacarmır.
O bu dərəcədə eqoistdir? öz ladında-hə. Amma burda da razılaşmalıyıqki, bu sözü necə anlamaq gərək. Həyat üçünyaradılan və sevgi üçün yaradılan insanlar var.Hər halda Don Juan belə deyərdi. Öz seçimi isə o, özəlliklərə nüfüz etməkdən qaçmaqdan başqa heç cür edə bilməz. Ona görə ki, haqqında söhbət gedən sevgi əbədiyyətlə bəzədilib. Bütün ehtiras biliciləri isə bizə öyrədirlər ki, sevgilə yalnız maneələri dəf edərsənsə, o əbədi olur. Oxşar sevgi də öz sonuna varır, sonuncu maneəsi olan ölümlə rastlaşanda. Gərək Verte olasan, ya da heçnə. Onda da özünə qəsd etməyin çox növləri mövcud olur. Onlardan biri özündən xəbərsiz özünü qurban vermək. Don Juan hamı kimi bilir ki, bu təsirli ola bilər. Lakin O, əhəmiyyətli olanın bu olmadığını bilən azlıqlardan biridir. Və bir də, o dəqiq bilir: böyük sevgi öz həyatlarından üz döndərməyə məcbur etdiklərini ola bilər ki, özünü ilahiləşdirir, lakin onların sevgilərinin seçilmişi olanlarını birləşdirir.