0

Ötəri, lakin təkrarolunmaz olduğunu bilən sevgi mükəmməldir. Don Juanlıq – III hissə

..Ananın, ehtiraslı qadının qəlbi, sözsüz ki, qurudulub, ya da o, dünyadan üz döndərib. Bir və yeganə hiss, bir və yeganə canlı məxluq, bir və yeganə sifət və qalan hər şey məhv edilib. Don Juan tamam başqa sevgi ilə heyrətlənib – azad edən sevgi ilə. O sevgi özü ilə dünyanın bütün üzlərini gətirir və onun zəhmi özünün ölümlü olduğunu bildiyi üçün bitir. Don Juan heçnə olmağı seçdi.

Onun üçün iş hər şeyi aydın görməkdədir. Bizim bəzi insanlara olan bağlılığımızı biz sevgi, yalnız ona görə adlandırırıq ki, biz əşyaların kollektiv vizual görüntüsünə istinad edirik, çünki bu şeylərə olan bütün məsuliyyəti əfsanələr və romanlar daşıyır. Mən sevgi haqqında yalnız onu bilirəm ki, o məni istək, zəriflik və qarşılıqlı anlaşmanın qarışığından olan bir şeylə bağlayır. Başqaları ilə isə tamam başqa tərkibli başqa bir şey bağlaya bilər. Mənim bir sözlə fərqli hissləri ifadə etməyə haqqım yoxdur. Bu da məni onlara eyni hərəkəti tətbiq etmək məcburiyyətindən azad edir. Absurd insanı burda da qeyri-stabilliyin rəngarəngliliyini vurub artırır. Bu cür o özünə başqa yaşam üsulu kəşf edir. Bu üsul onun özünü, ən azı, onunla yaxınlıq edənləri onun azad etdiyi qədər  azad edir. Ötəri, lakin təkrarolunmaz olduğunu bilən sevgi mükəmməldir. Bütün bu ölmələr və dirilmələr Don Juanın həyat tirinə yığılır. Bu onun yaşamağa həvəsləndirmək üsuludur. Özünüz mühakimə edin, məgər bu halda eqoizmdən danımaq olar?

Mən indi Don Juanın cəzalandırılmağını istəynlər barəsində düşünürəm. Təkcə ölümdən sonra yox, elə indiki həyatda da. Mən qocalmış Don Juan haqqında gəzən rəvayətlər, əfsanələr və ələsalmalar barəsində düşünürəm. Amma Don Juan buna hazırdır. Aydın dərrakəli insan üçün nə qocalıq, nə də başq bir şey gözlənilməz deyil. O gözlənlən dəhşəti anlayacaq şüura malikrdir. Afina da qocalıq kilsəsi var idi. Ora uşaqları aparırdılar. Don Juana gələndə isə onun arxasınca nə qədə gülürdülərsə, bir o qədər onun təsviri rənglənirdi. Və bi o qədər də onnun romantiklər tərəfindən yazılmış təsviri inkar olunurdu. Yazıq və bədbəxt Don Juanın arxasınca heç kim gülməzdi. Ona yazıq kimi: “görəsən, göylər onun günahını özü yuyacaq?”. Amma burda hər şey başqa cürdür. Don Juanın nəzərlərinə açılan kainatda gülməli olan da anlayış görür. O ona nazil olan cəzaları təbii hesab edərdi. Bu oyunun qaydalardır. Onun da geniş ürəkliliyi elə oyunun bütün qaydalarını qəbul etməsindədir. O bilir ki, o düzdür və cəzalardan söhbət belə gedə bilməz. Taleh – cəza deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.