0

Məsləhət №1 – fokuslaşdırın (İdeya-Virus)

Xöşbəxtlikdən perspektiv ideyaları üzə çıxaran və virusu yayan sınanılmış metodlar var.  Çalışın elə ən başdan düzgün yanaşma seçəsiniz. Virusun gələcək dəstəyini də təmin etmək vacib məsələlərdəndir. Bununla onun yayılma bacarığı təyin olunur.

İdeya-virusu yaratmanın açar nüanslarında biri də – fokuslaşdırılmış mesajdır. Əgər sizin ideyanız məqsədli auditoriyanın 1%-nin diqqətini cəlb edirsə, bu kifayət etmir. Hətta 15%-də işə yaramır. İdeya məqsədli auditoriyanın böyük hissəsini heyran etməli və tutmalıdır. Buna görə də coğrafi, demoqrafik və psixoqrafik xüsusiyyətlərinə görə qrupları fərqləndirmək ən yaxşı təcrübələrdən biridir.

Niyə görə internet şirkətlər camaatı öz saylarına cəlb etməkdə maraqlıdırlar? Necə oldu ki GeoCities proyekti gəlirinin sıfra bərabər olmasına baxmayaraq 2 milyard dollara satıldı? Məhsul maraqlı idi, amma unikal deyildi. Cavab sadədir. Onların ideyasına çox adam yoluxmuşdu. Bu isə əla internet biznesin başlanğıcı idi.

İnternet şirkətlərin yaradılması üçün lazım olan 6 əsas mərhələ:

1. İstehlakçılara yalnız internetdən əldə edə biləcəkləri qeyri-adi bir şey təklif edin. Ənənəvi məhsullar və xidmətlər də olar, bu halda bu çox sürətli və çox ucuz olmalıdır ki, müştərilər öz seçimlərinin doğru olduğuna inansınlar.

2. Biznesinizin əsasını təşkil edən ideyanı virusa çevirin. Qoy o, məqsədli auditoriyanın böyük hissəsini cəlb etsin ki, siz reklama pul xərcləməyəsiniz.

3. Bazar vakumunu öz ideyanızla doldurun. O zaman rəqiblər öz viruslarını buraxmamışdan əvvəl sizinkini təmizləmək məcburiyyətində olacaqlar.

4. İstehlakçıların rəqiblərə keçidini bacardığınız qədər çətin edin, onu bahalaşdırın.

5. İstehlakçıların sizinlə daimi dialoqda olmasına nail olun. Bu sizin əlaqələrinizi möhkəmlədəcək: istifadəçilər əlavə üstünlük əldə edəcək, siz isə özünüzə daimi gəlir təmin edəcəksiniz.

6. Sizin yeni virusunuza dönüşəcək yeni şəbəkə həlləri işləyib hazırlayın. Ən birinci çalışın auditoriyanın nüvəsini yoluxdurun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.