0

O qəhqəhəsi ilə Allaha meydan oxuyurdu: Don Juanlıq – IV hissə

Onun cinayəti bu cürdür və aydındır ki, əbədiyyət tərəfdarları onun başına cəza tələb edirlər. O illüziyalardan azad olmuş və onların etiraf etdikləri hər şeyi inkar edən biliyə yiyələnib. Sevmək və sahib olmaq, əldə etmək və təngitmək –  bu onun öyrənmə üsuludur (bu sevimli sözün mənalarından biri də “öyrənmək” – sevişməkdir). O, onlarla onları bilmək belə istəməyəcək qədər düşmədir. Tarixyazanlardan biri deyir ki, haqqında danışdığımız şəxs fransiskans monaxları tərəfindən öldürülüb. Nəhayət, Don Juanın bədəməl və dindənkənar kərəkətlərinə son qoymaq qərarına gəldilər Onun mənşəyi onun cəzasızlığını təmin edirdi. Sonra dedilər ki, o, göylərin şimşəyinə tutulub. Heç kim onun bu qədər qəribə sonluq olduğunu sübut etmirdi. Əksini də heç kim təsdiq etmirdi. Belə sonluq olacağı barədə sual vermədən deyə bilərəm ki, bu məntiqlidir. Yalnız “mənşə” sözünü və səslənmələrin oxşarlıqlarını vurğulamaq istəyirəm: keçdiyi həyat onun günahsızlığını təmin edirdi. Ancaq ölüm zamanı o, indi əfsanəyə çevrilən vicdan əzabını xatırlatdı.

Fikirləşməyə cəsarət edib qan və kişiliyi zəb etmək üçün hərəkətə gələn soyuq heykəl – daş Komandor özündə bundan başqa nəyi simvolizə edir ki? Əbədi Şüurun bütün gücü, nizamı, ümumi anlamlı mənəviyyatı, Allahın bütün möcüzələşdirilmiş böyüklüyü, tutmalara məruz qalmış qəzəb sıxılmış şəkildə təcəssüm olunur. Bu böyük, qəlbsiz daş Don Juanın əbədi rədd etdiyi hakimiyyət və gücü simvolizə edir. Komandorun missiyası burda bitir. Şimşək və İldırım çıxdığı saxta göyə qayıdacaq. Əsl faciə onlarsız ifa edilir. Yox, Don Juan ölümü daş əldən qəbul etmədi. Mən onun əfsanəvi dəliqanlılığına və onun mövcud olmayan Allaha meydan oxuyan sağlam insan gülüşünə inanıram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.