2

Vahid şüur nəzəriyyəsi?! bəlkə xaotik nizam?! Enerji…(2 gəncin dialoqu)

Asif Eminov – “Kvant fizikası çox alimlərin “Nobel”inə səbəb olsa da, çox ağılları da başdan çıxarıb. Yəni hissəciklər bizdən ağıllıdırlar?!”Səncə yox? Məncə hə. enerjinin intellektual olmasına dair sübutlarım da var. Başqa cür desək, vahid şüur nəzəriyyəsi ( bilmirəm belə nəzəriyyə var ya yox, bu adə özümdən demişəm)
Amma bu allah deyil. Allah dinlərin, müqəddəs kitabların öyrətdiyidir.

Hafiz Poladzadə– niyə də razı olmayim axı?! Əgər eyni hissəciklərin suda hərəkəti ilə havada hərəkəti fərqlidirsə və onlara nəzarət edən cihaz qoyulduqda bunu anlayıb tamam fərqli hərəkət edirlərsə, deməli ağıllıdırlar.

Asif Eminov- onlara “ağıl verən” enerjidir. Materiya enejidən təşkil olunubsa, materiyaya, onu təşkil edən hissəciklərə forma verən enerjidirsə, deməli, hər şey enerjiyə gorədir.
Ricard Dawkins “Eqoist Gen” kitabında hər şeyin genlərə görə olduğunu açıqlayır. Əslində düz deyir. Amma daha dərinə gedəndə, genlər də molekullardan təşkil olunub, molekullar atomlardan, atomlar subatomik hissəciklərdən və ilaxır… gedib çatırıq enerjiyə. Yəni hər şey enerjinin özünün “yaşaması” ücündür və olan bütün nəsnələr bu enerjinin matrisasıdır (enerjinin matrisasına materiya deyək) hansı ki, bununla özünü yaşatmış olur.
Biz düşünürük, biz fikirləşirik, ideyalar gəlir. Kəşf edirik. Nəticə çıxardırıq. Görürük. Eşidirik və s. Bunlar edən sinir huceyrələridir. Daha dərinə getsək, ordakı zülallar, züllaları təşkil edən molekullar, molekulları təşkil edən atomlar, subatomik hissəciklər ve s.

“Matrix” filminə baxmisan yəqin. Kinonun fəlsəfəsi belədir:
Orda robotlar özlərinə lazım olan enerjini insanlardan aldıqlarına görə insanlar üçün matrisa yaradırlar… ki, insanlar yaşaya bilsin. Bunun sayəsində də onlardan aldıqları elektrik nəticəsində özləri yaşaya bilirlər
Enerji də məhz belə davranır.

Biz enerjini dərk etmirik. Çünki bizim beynimiz bunu dərk edəcək qədər informasiya tutumuna malik deyil. Derk etmək – ən dərin və ən çox vaxt alan, enerji alan prosesdir. Bele deyək, ən çətin sistem də budur.
Bəlkə də enerji onun tanıdılmasını, ya da özünün tanınmasını istəmir. Amma buraxdığı səhvler sayəsində (xaosdan nizamlılıq) özünü biruzə verir.

Bir nəfər tək başla fikirləşir, iki nəfər iki başla qərar verir, üç nəfər üç başla.. belə-belə artır.
Bir atom təkbaşına öz işini görür. İki atom olanda ikisi bir yerdə, üç atom olanda üçü bir yerdə  birləşib molekul kimi öz işləriini görürlər. Molekullar birləşib zülal kimi fəaliyyət göstərirlər. Yəni bütün molekullar bir yerdə və  belə-belə artır.
məs: suyu təşkil edən molekul 6 bucaqlıdırsa (klasterlər yaratmaq funksiyası və s), səsin suya təsiri eyni molekul quruluşunu gözlə görünən 10-15 sm böyüklükdə yaradacaq və yaxud elə qar dənəcikləri. Bir qar dənəsini təşkil edən klaster hansı formada olursa, qar dənəsini təşkil edən milyardlarla klasterlər də eyni formada olur.

Vahid şüur deyənde bunu nəzərdə tuturdum. Bu ki, təmiz intellektuallıqdır.

Bugün biz ermənilərlə düşmənik. Ancaq sabah başqa planetlilərlə, gəlmələrlə müharibə etsək, biz erməni ilə çiyin-çiyinə döyüşmüş olacağıq. Yəni bizim yeganə düşmənimiz gəlmələr olacaq.

Necə ki, bugün müxalifətdə cəbhəçilərin əksəriyyəti ateist təbietli olsalar da (facedəki aktiv gənclər),  hicab problemindən sonra dindarlar da onlara qoşulublar. Niyə? Çünki daha cox olurlar, çünki problem vahidleşir və onları birləşdirən dəyərə çevrilir. Sağçılara qarşı ordunu belə üsulla daha da çoxaltmiş olurlar.

Amma ortada yeganə paradoksal bir şey var. Enerji belə intellektualdırsa, xaosdan nizamlılıq necə yarana bilər? Axı, əslində nizamlılığı yaradan nizamsızlıdır. Düşüncəli bir nəsnə olan yerdə xaosa ehtiyac olmamalıdir axı.

Hafiz Poladzadə – çox xoşum gəldi yazından. Kifayət qədər gözəl və dərin informasiyan var.

Xaos.. Xaos özü nizamlılıqdır. Yəni nisbilik nəzəriyyəsinə əsaslansaq, xaos özü də mütləq deyil, orda da nisbi nizam var. Ola bilsin ki, düşüncəmizə siğmayayacaq tərzdə böyük bir dövrədən (musiqidəki ritm taktları kimi) sonra eyni nizam təkrarlanır, sadəcə zaman və məkan, hətta vakum belə bizə bunu hesablamağa şərait yaratmır, imkan tanımır. Və o cümlədən , mütləq nizam da yoxdur, o nisbi xaosdur.

Asif Eminov- qravitasiyanın kvant nəzəriyyəsi təsdiqlənsə, nisbilik nəzəriyyəsi də sual altına salınmış olur. Hər şeyə cavab sayılmamış olur. Kvant səviyyəsində nisbiliyin işə yaramadığı sübut olunur.

Amma sübut oluna bilmir. Eksperimental olaraq. Riyazi üsulla çoxdan sübut olunub. Və niyə eksperimental olaraq sübut oluna bilmir? Çünki belə kiçik hissəcikləri, hissəciklərdən də kiçik şeyləri hesablaya biləcək detektor yoxdur. Ümumiyyətlə mən qeyri-mümkün sayıram.

Detoktoru belə təsəvvür edək: bir var futbol qapısındakı tor, bir də var pəncərəyə saldığımız tor. İksinin də dəlikləri müxtəlif böyüklükdədir. İndi isə 5 sm radiuslu bir əşya götürək və ataq futbol qapısındakı tora. Dəlikdən keçərək gedəcək. Amma topu atsaq, keçməyəcək. Tor onu tutacaq.

Topu da,  5 sm-lik  ya da lap 0.5 sm-lik əşyanı da pəncərə toruna atsan, yenə də tor tutacaq. Çünki dəlikləri i balacadır.
Detektor da belədir. Hər hansı hissəciyi ona görə tuta bilir ki, həmin hissəcik detektorun “dəliklərindən” keçə bilmir. “ilişib” qalır, tutulur. Buna gorə də qeydə alınır. Və bu detektorlar hansısa materialdan təşkil olunub. Bu material da hansısa kimyəvi element və yaxud elementlər cemidir, yəni hər nə olsa da molekul və atomlardan təşkil olunub.
İndi isə riyazi hesablamalarla sübut olunan, amma ki, eksperimantal olaraq sübut oluna bilməmənin səbəbini açıqlayım: çünki bu hissəciklər o qədər kiçikdirlər ki, mendeleyev cədvəlindəki istənilən elementi təşkil edən atomlardakı bu “dəliklər” bu hissəcikləri tutacaq qədər kiçik deyillər. Bu hissəciklər istənilən element olan materialdan hazirlanan detektorun “dəliklərindən” (atomlararasi məsafə deyək) asanlıqla keçirlər. Buna görə də qeydə almaq olmur. Və buna görə də sübut olunmamış qalır.

Tornado. Səbəb nədir? isti və soyuq hava təziyiqi. Yəni burda isti və soyuq temperatur nəticəsində xaotik hərəkət edən atomlar bir yerə “yığılaraq”, “cəmlənərək” axırda tornadonu əmələ gətirir. Gördüyün kimi, xaosdan nizamlı bir şey yaranır – burulğanın özü. Xüsusi forması var. Göydən yerə uzanan. Bütün hadislər belədir.

Hafiz Poladzadə – belə deyim: sən elmi olaraq düzgün açıqlama verirsən , amma ehtimallar özləri də elmin nəzəri hissəsinə daxildirlər. Mümkün saymırsan. Gözəl. Amma qeyd etdiyin kimi söhbət Yerdəki elementlerdən gedir. Bizim isə diger, ən azı Ayda və Marsdakı elementlerdən tam xəbərimiz yoxdur və onların detektor rolu oynama ehtimallarından da xəbərimiz yoxdur. Bəlkənin isə iki tərəfi var. Yəni ola da, olmaya da bilər.

Nisbilik nəzəriyyəsinin məhz kvatn fizikası tərəfindən inkar olunması və ya təkzib olunmasna ehtiyac yoxdur. Fəlsəfi yanaşaq mövzuya. Adı üstündədir. Nisbilik, yəni işıq sürətindən böyük bir sürət var. Bunu kvant fizikası da sübut edib . Sadəcə elmə dəqiq şəkildə verilmir. Düşün, bütün zaman və saat sistemi məhz bunun uzərində dövr edir. İndi bu işıq sürətindən daha güclü bir şey tapaq və bütün sistemi, nəinki Yerin , hətta kainatın, bütün məsafələr, sürətlər, ölçülər və zamanlar dəyişiləcək, bu da sona və yeni başlanğıca səbəb olacaq. Mövcud olduğumuz mütləqiyyət bizim informasiyasızlığımizın mütləqiyyətidir, əslinde isə nisbiliyi anlamamağımız mütləq saymağa vadar edir. Nisbilik özü nisbilik yaradır və onun əksi ilə özünü inkar edir, bu sonsuzluğu təsdiqləyən və onun da mümkünlüyünu şübhə altına salan nisbi anlayış formalaşdırır. Fikrimi çatdira bildim?

Asif Eminov – mən qatı təkamülçüyəm. Çünki buna sübutlar da var.
Gəl balaca bir misal çəkim:
 – Bakteriya rezisdentliyi. Bildiyin kimi, onu hər hansı antibiotikə qarşı davamlılıq kimi qiymətləndirə bilərik.
məs: “a” bakteriyasına “b” antibiotiki ilə təsir edirik. Bakteriyalar məhv olur. Bir müddət sonra isə müşahidə edirik ki, “a” bakteriyaları bu “b” antibiotikindən məhv olmurlar. ortaya “niye”lər çıxır. İndi isə niyəsini izah etməyə çalışım:
 – Tutaq ki, “a” bakteriyasında “z” zülalı var idi. Hansı ki, həyati funksiya daşıyır. Bu “b” adlı antibiotik də məhz bu “z” zülalına təsir edərək bakteriyanın həyati funksiyasının dayanmasına, bununla da onun məhv olmasına gətirib çıxarırdı. İndi isə təsir etmir. Çünki artıq yeni “y” zülalı yaranıb, hansı ki, artıq antibiotik bu yaranan yeni zülalla kimyəvi reaksiyaya girə bilmədiyi üçün, bakteriyanın bu zülalını neytrallaşdıra bilmir, bununla da bakteriya məhv olmur.
İndi isə bu zülalın yaranma mexanizminə keçək.
 – Zülalın yaranmasına səbəb gendir. Əvvəlki “z” zülalı üçün ayrıca “z” geni var idi. Amma indiki “y” zulalını yaratmaq üçün yeni gen lazımdır. Bunun da adını qoyaq “y” geni. Deməli, təkamül prosesi ortaya atılır. Çünki yeni gen yaranır. Səbəbkar da antibiotik olur. Məhz bu “b” antibiotikinə qarşı “y” zülalı yaranır. Məhz elə “y” zülalının yaranması sayəsində bakteriya antibiotikə qarşı davamli olur. Başqa zülal yaransaydı, çox böyük ehtimalla neytrallaşacaqdı və yenə məhv olacaqdı.
Bu üsulla da bakteriya bir növ kimi öz nəslini davam etdirir. Necə deyərlər, yaşamaq uğrunda mübarizə. Bütün canlıların yeganə düşünülməmiş məqsədi növün saxlanılmasıdır.

İndi isə keçək daha dərinə. Yaxşı, təkamül prosesini gördük. Gen dəyişdi, mutasiya məruz qaldı, yeni gen yarandı. Yeni zülal yarandı. Beləcə bakteriyada dərmana qarşi davamlılıq yarandı.

Niyə məhz “y” zülalı yarandı? Niyə başqa zülal yaranmadı? Bakteriya hardan bildi ki, onun üçün məhz “y” zülalı köməyə gələcək?

Bunu harunistlər başqa cür izah eləyirlər. Deyirlər ki, bir zad onun geninde coxdan var idi. Əslinde belə deyil. Bu zad onun genin risk faktorundan sonra əmələ gəlir (risk faktoru bizde antibiotik), çünki gen də molekullar ardıcıllığından ibarətdir vəe bu molekulların əsas quruluşunu adenin, timin, sitozin, quanin təşkil edir. Yəni hara getsən də, bu 4 dənədən artıq bir şey tapmayacaqsan. Ona görə də harunistlərin bu iddiaları saxta çıxır.

Məs: gendə hərflərin sayı belə ardıcıllıqladır. A-S-I-F. indi isə oldu A-F-I-S – gördüyümüz kimi hərfler olduğu kimi qalıb. Burda ancaq yer dəyişikliyi olub və yaxud genlerin uzunluğu dəyişir. Bunun sayəsində də eyni hərflərdən bir neçəsi əlavə olunub və yaxud sürüşdürülüb, çıxarılıb. Məs: A-S-F və yaxud A-I-F-S-A-S və s.

Əsas məsələ yenə də durur. Bakteriyanın genləri bu antibiotik üçün məhz “y” zülalını yaradacaq gen üçün kombinasiyanı “bildi”.

Ona görə elə detektoru qeyri-mümkün sayıram ki, kaiantda da bizdə olan elementlərə rast gəlinir. Bu streoskopik cihazlarla, teleskoplarla sübüt olunur.

Bircə sual altında olan sahə “qara dəlikdir”. Bildiyin kimi, onlar da ulduzlardır. Sadəcə orda materiya o qədər sıxlaşıb ki, sözsüz ki, orda yeni elementlər meydana gəlib. Amma bu elementlərin də bu hissecikləri qeydə alacaq gücdə olduğunu düşünmürəm. + qara dəlikdəki elementləri və yaxud onun tərkibini öyrənməyi ona görə qeyri-mümkün sayıram ki, bunun üçün öyrənmək istədiyimiz qara dəlikdən iki qat güclü cihazlarımız olmalıdır. Bu isə qeyri-mümkündür. Təsəvvür et ki, ulduzları udan, bu boyda qalaktikanı öz ətrafında fırladan gücə malik qara dəlikdən iki dəfə güclü nəsnəni necə düzəldə bilər insan? Mən bunu qeyri-mümkün sayıram.

Qaldı ki, nisbiliyə. Kvant səviyyəsində onu dərk etmirəm. Çünki enerji səviyyəsində fikirlərdə dumalılıq, qatmaqarışıqlıq yaranır. Alınmır dərk etmək. Heç cürə.

Hafiz Poladzadə- əla. Razıyam. Harunistlər onsuz da mənə maraqlı deyil, yəni dini fəlsəfi olaraq inkar etmək çox asandır. Ona görə də dinlə əlaqəli şeylər məntiqsizdir.
Gələk rezisdentliyə. Genlərin mutasiyası. Mən də belə izah etməyə çalışım. Əslində səndə elmi, məndə biraz fəlsəfi kimi. İnsan həyatının timsalında baxaq məsələyə:

 – dediyin kimi, harunistlər deyir ki, əvvəlcədən tərkibində olun, amma kəşf etməyə imkanı olmayıb. Sadəcə ona antibiotikin təsiri onda onun baş qaldırmasına şərait yaradıb. Belə deyək. Yaşadığımız mühitdə bizə qoyulan qadağaları (yəni bunu etmək pisdir, ya da əl vurma tok vurar) anlamırıq, ta ki özümüz həmin şeyə qarşı, immunitet desək də olar, müdafiə sistemi yaratmasaq. Tok vurmasa, sən rezin geyinməyəcəksən. Yəni biz informasiyanı qəbul etdik, anladıq ki, bu bizə mənfi təsir göstərir, yaşamağımızı təhlükə altına qoyur və ona görə də biz ona qarşı tədbir görürük, eynilə “a” bakteriyasındakı “z” zülalının məhvi (bizim halda tokun vurması) və “y”zülalının antibiotikə qarşı formalaşması (bizim halda rezin əlcək).. onda belə sual: bes insanın tam olaraq məhv olub getməsi, yəni şüurlu şəkildə yoxa çıxması həmin bakteriyaların da z c b p və sairə sayda müdafiə sistemləri olan mutasiya olunub, çevrilib digər zülala çevrilməsi və nəhayətdə antibiotikin onları məhvi mümkün olan deyil ki? Başqa sözlə, ölümün əvvəl-axır gəlməsi və insanın toksuz olməsi, ya da təbii antibiotikin bakteriyanı məhv edib ona çevrilmə şansı verməməsi necə?

 –  bu teleskopların ya da elə streoskopik cihazların dəqiqliliklərinə nə qədər inanmaq olar, əgər əsası nisbilik nəzəriyyəsi üzərində qoyulubsa? Tam şəkildə sistemin dəyişməsi bütün elmi alt-üst edə bilər. Qara dəlikdən başqa da bilirsən ki, köstəbək yuvaları var. Kainatda. Bu zamanla səyahətə imkan verə bilən və qalaktikalararası keçid rolunu oymaya bilən fenomenal şeydir. Bəlkə onu qara dəliyə qarşı qoymaq olar? Hər halda heç birini öyrənməmişik, amma bir daha qeyd edim ki, “düşünürəm ki, qara dəlikdə də onu süzə biləcək elementlər yoxdur”un  əks fikri də var. biri tam təsdiqini tapmayınca digəri qüvvədədir.

Asif Eminov – maddələr mübadiləsi deyilən şey var. Enerji itmir, sadəcə bir formadan başqa formaya keçir. Bu fizikada enerjinin saxlanma qanunu kimi qələmə verilir. Orqanizm də belə:
bir şəhər, inasnlar olmadan bir müddətdən sonra (100-200-300 il) sonra tamamilə dağılıb gedəcək. Xarabalığa dönəcək. Və hər şey atomlardan təşkil olunub, hər şey daimi hərəkətdədir (atom səviyyəsində). Ona görə də bütün bu proseslər baş verir.
Biz çoxlu telefon dəyişirik, biz ev dəyişirik, biz şəhərlər dəyişirik, biz özümüzü dəyişirik. Çünki materiyanı təşkil edən matrisa daim hərəkətdədir.

canlılarda baş verən hər bir hadisə canlıların yaşamasına xidmət edir.

 – köstəbək yuvalarının kvant nəzəriyyəsində özünü biruzə veridyini eşitmişəm (oxumuşam). O da səhv etmirəmsə, hesablamalarda. Amma qara dəliklə qarşı-qarşıya qoyacaq səviyyədə köstəbək yuvası yaratmaq üçün kalan enerji lazımdır. Elə qara dəlikdəki qədər bu qədər enerjini insan təbiəti ala bilməz, mən ona görə qeyri-mümkün sayıram.

Hafiz Poladzadə – mən də belə deyim: qədim Misir. 2 ton ağırlığında olan daşın qaldırılması və 1000 dən çox bu çəkidən olan daşlardan piramida yaratmaq da o dövrün insanları, elə bu dövrün də savadsız insanları üçün möcüzədir. Düzdür? Bəs bizim informasiyamız nə qədərdir?  Piramidaya bu daşların qaldırılması linglər vasitəsilə olub. Fizikadan bilirsən. Bu linglə biz də bir neçə köstəbək yuvasının sintezindən ən azı bir qara dəliyə qarşı 2 dəfə və ya 3 dəfə böyük bir qüvvə yarada bilərik, mümkündür, sadəcə hələ bilmirik necə. Qeyri-mümkünlük də nisbidir üsul tapılana qədər mütləqdir. Fikrimi anladın.
Maddənin formasını dəyişməsi. Sonsuzluğun əsası deyil? Enerji itmir, bir haldan başqa ala keçir, və hallar nə qədər? sonsuz .nə qədər dəyişə bilər, hər halda sonsuz sayı qədər.

Asif Eminov– sonsuzluğun əsası deyilən anlamı məncə düzgün izah eləmədin. Sonsuzluğun “əsası” elə maddələrin formsının dəyişməsi yox, verilməsi zamanı da “əsası” dan sonra baş verən bir şeydir. Ümumiyyetlə, mən qısa cavab verərdim. Dərk etmirəm. bilmirəm.

Hafiz Poladzadə– möhtəşəm) elə mən də bilmirəm, ona görə də qeyri-mümkün deyib çərçivələrə salmaq istəmirəm, bu mənim infomasiya qəbuluma mane olan komplekslər yarada bilər )

Asif Eminov- bu haqda fikirləşmək lazımdır. Fikir fikir yaradar. 🙂 Yeni ideyalar doğar, yeni kəşflər olar. 🙂

2 thoughts on “Vahid şüur nəzəriyyəsi?! bəlkə xaotik nizam?! Enerji…(2 gəncin dialoqu)”

  1. Arximed demişdi ki, mənə dayaq nöqtəsi verilsə, Yeri də qaldıraram. Mənə orta məktəb Fizikasından bu maraqlı idi və “Əyləncəli Fizika” kitabında cavab tapdım. Yerin kütləsi 6 seksti tondur, səhv etmirəmsə, 6×10 üstü 23 – ton. kiloqrama çevirsək 10 üstü 26. Öz qolu ilə nə ağır nə yüngül, 10 kilo qaldırsa, Yeri 1cə metr qaldırmaq üçün gərək Arximed tərəflərinin uzunluğu 1m – 6×10 üstü 25 m ling tapa, eyni nisbətdə də uzun tərəfdə hərəkət edə. Bu qədər yolu getməyə isə Arximedin heç ömrü çatmazdı.
    Bəzi anlayışlar var ki, onlar bizim tor dəlikləri üçün çox kiçikdirlər. Biz onları ehtimal edə bilərik, varlığına ya da yoxluğuna sübut gətirə bilmərik. Bəzi anlayışlar isə bizim imkanlarımız üçün mümkünsüzdür. Məsələn Marsda hətta insanın yaşaması üçün şərait yaransa belə orda insanın yaşaması qeyri-mümkündür. Hələlik. Çünki, nə ora tez çatmaq üçün lazım gələn tə`cilə dözümümüz var, nə də dözə biləcəyimiz tə`cillə çatmağa ömrümüz.
    Cavabımın məqsədi: Bəlkə də bir çox sirləri aça bilməməyimizin səbəbi elə məhz bizik ki, ya imkanlarımız bura qədərdir, ya da yarada biləcəyimizin imkanı çatmır. Bəlkə də biz də hələ Arximed kimi “Yerin kütləsini” bilmirik və bunun edilməsinin çox sadə olduğunu düşünürük, hətta “dayaq” da tələb edirik.

    • maraqlı cavadır. təşəkkürlər. söhbət də məhz ondadır. biz bilmirk sadəcə. bilmək üçün başlar çalışırlar. o dövrün arximedindən bu dovrdə bəlkə on minlərlədir. bu da daha sürətli hərəkətə səbəbdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.