Mən, xüsusilə, Don Juanın donna Annanı gözlədiyi gecəyə inanıram. Komandor gəlmədi və gecəyarısı olanda “günah sahibi” haqlı olanların dəhşətli acısını yaşadı. Və mən məmnuniyyətlə o fikirlə razılaşıram ki, ölüm qabağı o kilsəyə qapandı. Ona görə yox ki, bu tarixçənin ibrətamiz dönüşü inandırıcı olsun. Allahdan necə sığınacaq gedib xahiş etmək olar? Bu cür sonluq absurdla əhatə olunmuş, mövcud olmanın ağır finalına xidmət edən, sabahı olmayan xöşbəxtliklərə müracət edən həyat üçün məntiqlidir. Həzz burda tərki-dünyalıqla bitir. Anlamaq lazımdır ki, onlar eyni məhrumiyyətin iki üzü ola bilərlər. Daha pis nə obraz arzulamaq olar: insanı bədəni satqıncasına dinləmir, zamanında ölməyə naila ola bilməyən O axırını gözləyərək fərqləndirmədiyi, əvvəl həyata xidmət etdiyi kimi indi də xidmət etdiyi Allahın siması qarşısında komediya ifa edir. O boşluq qarşısında diz çökdü və əllərini göylərə açdı və onun bildiyi kimi dərinlikdən məhrum olmuşa.