0

Ən"lər və Azərbaycan..

oturmuşam işdə. şənbə olduğundan elə güclü iş yoxdur. Bu aralarda “Aşk-ı Memnu”dam olan “Behlül”ün Bakıya gələcəyi mənə məlum idi, çünki qalacağı otel bizimki də ola bilərdi. Nəysə..Bugün iş yoldaşım mənə dedi ki, bəs Hyatt da qalıb. olsun əşi..məlumatı fox.az-dan oxudum.

Qurdalanıb dünyadakı “ən”lərin siyahısını tapdım. Ən bahalı fotoşəkildən tutmuş, ən çox qazanan ölülər daxil olmaqla, ən çox pul xərcləyənlərinə qədər. İnfolara baxanda mövzuya aid ya sima ya da əşya şəkli olur. Varlılara baxıram..biraz paxıllıq elədim ki, Carlos Slim Meksikada düz 53 il bundan qabaq 17 yaşında ilk milyonunu qazanıb, birja oyunlarında. İndi 60 mlrd.ı,  aviaşirkətləri, holdinqləri və s. var. Hindistandan biri 2014-də 62 mlrd ilə  birinci olacaq. Hazırda 32 mlrd.dır. Nə bilim C.Roaldı 144 mln-a ayaqlarını sığortalayıb. Abramoviç Rusiyanın ilk 3-dən düşüb 4-ə, amma yoldaşına 200 mln-a Londonda 8 mərtəbəli mənzil, 20 mln-a Hollywoodda ev (qonşusu Bred Pit, Mur falan), 400 mln-a ada, 8 mln-a da Yeni il qarşılayıb. Pulu da ki, cəmi ya 14 ya da 22 mlrd-dır. Biraz paxıllıq elədim. Bil Qeyts də ki, bu il 88 mlrd ilə birinci ola bilərdi, əgər 28 mlrd-ı xeyriyyə məqsədlilə xərcləyib 49 mlrd-la ikinci olub birinciliyi Carlos Slim-ə verməsəydi. Carlos da deyir ki, mən Şaxta Baba deyilə ki, xeyriyyəçiliklə məşğul olum. Bunları başa düşürəm ki, adamlar biznesmenlərdir.

“Ləzət eləmiyən” bu, şou aparıcılar var ki,  315 mln, sonra “alaqaranlıq”dakı qaqaşın 33, nəqədərsə qazanmağı (1 ilə). Ən bahalı rəsm əsəri Picassonun 316, deyəsən, mln-a satılan “yaşıl,…” əsəri və s. Biraz əsəbiləşdim, əslində, məlumatlara baxanda. Sonra fikirləşdim ki, mən də yəqin elə edərdim…Niyə bizlərdən kimsə elə olmur ki? Çox fikirləşmədən əsas “ƏN” ağlıma gəldi. Ən varlı, ən çox xərcləyən və daha nələr nələr boş şeydi. Onlar üçün ƏN əsası onların Azərbaycanda olmamalarıdır. Şərait..17 yaşda qazanmaq istədiyimiz maksimum prezident stipendiyası olur. Camaat isə birjada ilk milyonu qazanır.

P.S. heç modellərimiz də soyunub pul qazana bilmirlər. Qiymət öldürmək (hər sferada) adətimizdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.