0

Ağrımayan başıma NZS açdım..

Başımın ağrısında nəfəs ala bilmirəm. Mənə deyən lazımdı axı ki, “bilmirsən ki, NZS özü də butulkada?!”..hələ ondan sonra klarnetlərin pianonun müşayəti ilə ifasına bax..
Pivə də maraqlı içkidir. Ona bu marağı özümdə 27 iyun 2009 tarixində “MARŞ” party-də kəşf elədim. Hələ amatör idim, Xırdalan içirdim.
Əsgərlikdən gələndən dadına baxmaq istədiyim və arzusunda olduğum Guinnes axtarıram. Hələ tapmamışam.
Bugün pivə alanda Bakıda qiymətlərin yuxarı olması faktı bir daha təsdiqləndi. Heineken ən yüngülü hesab olunur, pivə içənlər bilirlər bunu. Gürcüstanda 3 Lariyə (təxminən manat yarım) aldığım Heinekeni Bakıda 2,5 manata sırımaq istədilər mənə. Dəhşətdi..
Bir şeyə də fikir verdim. Bakıda küçədə əldə pivə içə-içə gəzmək, sən demə, ədəbsizlik imiş. Bu hardan çıxdı, Cem Yılmaz demişkən, “konsey ne zaman böyle karar verdi”, onu uje bilmirəm. Özü də müasir cavanlarımız belə çəkinirlər bundan. hmm…. bilmirdim.. belə şeylər var imiş.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.