0

klassik hüzn..və ya səmimi ölüm

Bugün həyatımda ən maraqlı günlərdən biri oldu, ya da olmağa başladı. Musiqidə impressionizm mövzusunu cənab Mirzoyev qeyri-adi mühazirəsi ilə təqdim etdi.

Facebookdan bir nəfərin sayəsində Walter Schel adlı fotoqrafı tanıdım. İnsanları ölümdən qabaq və sonra lentə həkk edər. Sərgisi baş tutub bu yaxınlarda.

Şəkillərdən ibarət rolikə baxdım. seçilmiş arxa fon musiqisi çox qəribədir. Bugünkü klassik gecəmin davamı və nöqtəsi oldu.

Ölmüşlərin sanki ölməmiş kimi həyata verdikləri suallar, verdikləri NİYƏ-lər. tam 5 dəqiqə ərzində həyatla hesablaşıb onu günahkar çıxarmaq. Ruhun öz cəsədi üçün ağlaması, bir hüzn nəğməsi, boş bir otaqda tavandan asılan cismə nəfəssiz gözlərin tamaşası. Sanki onu etmədim və səbəb mən deyildim, sənin gəlişin oldu kimi sükut dolu qəzəb. Həyat eşqinin son qığılcımı parlayan günün alovlar içində əbədi qapanması. Faniliyi tərk edənləri birləşdirən gedən yolları yox, verən suallarıdır…

 

1st collector for klassik hüzn..və ya səmimi ölüm
Follow my videos on vodpod


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.