Luvr, sözsüz ki, dünya muzeyləri arasında möhtəşəm rəsm əsərlərinin ərazi vahidinə görə ilk 10-luğa daxildir. Zaldan zala keçərkən mən onların bir çoxunun boş olması diqqətimi çədi. Və birdən onlardan birinin yanında insan kütləsi gördüm. Adamlar uzaq msafədə olan və gülləküçirməz qoruyucu şüşə ilə müdafiə olunan rəsm əsərinə gözünün ucu ilə belə baxmaq üçün bir-birikərinin başlarına çıxmağa hazır idilər. Niyə o? Niyə “Mona Liza” dünyanın ən məşhur rəsm əsəridir?
Ona görə ki, dünyada ən məhşur rəsm əsəri olmalıdır, niyə də bu olmasın?!
Məşğul adamların buütün şəkillərə baxmağa vaxtı yoxdur. Onların yüklənmiş beyinləri bir neçə əsəri qəbul edə bilər. Onlar sadəcə ən məşhurları görmək istəyirlər. Yalnız bir aktrisa ən sevimli (Julia Roberts) və bir sayt ən popyular ola bilər (Yahoo!). Elə bu cür də yalnız bir şəkil ən məhşur ola bilər. Ən çox da edilən seçim “Mona Liza”dır.
Oxşar effekt Zipfa qanunu adlanır. Corc Zipf Harvardda filologiya üzrə professor idi. O hesablamışdı ki, ingilis dilində ən çox işlənən (the) söz işlənməsinə görə 10-cu yerdə olandan 10 dəfə, 100-cü yerdəkindən 100 dəfə və 1000-cidən 1000 dəfə çox istifadə edilir.
Bu effekt bu vı ya digər dərcədə avtomobil, sərinləşdiri içkilər, şokolad batonları və əməliyyat sistemləri bazarlarında müşahidə olunur. Eyni ilə internet veb saytlarına daxil olma tezliklərində də tətbiq olunur. İstənilən sahədə birinci olmaq 2-ci və ya 10-cu olmaqdan biraz fərqlənmir, bu böyük üstünlükdür. Gəlir dünyada, həmçinin korporativ şəbəkələrin böyük rol oynadığı dünyada bərabər bölüşdürülmür. İnternetdə bu daha aydındır və qoyuluşlar daha yüksəkdir. Amazon.com, eBay.com və Princeline.com-un birgə bazar kapitalizasiyası bütün digər internet kompaniyalardan çoxdur. Rəqibini biraz qabaqlayan, demək olar ki, hər şeyi qazanır.
İdeya-virus əməliyyatın miqyasından asılı olmayaraq sizə uğur əldə etməyə kömək edir. Erik Reymond 1997-ci ildə “Məbəd və Bazar” essesini yazanda heç kim tərəfindən tanınmayan bir proqramçı idi, sonra manifesti ideya-virusa çevirdi. O öz essesində proqram kodlarına açıq giriş üçün arqumetnlər irəli sürmüşdü (bunun əsasında Linux ƏS yaradılıb). Öz esseini tanıtmaq üçün jurnalist və kitab nəşriyyatlarına vermək əvəzinə, Erik onu mətn və audioyazı şəklində internetd yerləşdirdi. Hamıya pulsuz giriş təmin etdi və esseni bir neçə aya on minlərlə insan oxudu.
Bir müddətdən sonra Reymon “The Cathedral and the Bazaar: Linux and Open Source bu an Accidental Revolutionary” (O”Reilly and Associates, 1999) adı altında əvvəl yazdığı esse silsilələridən kitab nəşr etdirir. Kitab bestseller oldu. Bu təsadüfi uğur deyil, əsası ideya-virus tərəfindən qoyulmuş nəticədir.
İdeya-virus Reymonda nə verdi? Ən azı maddi təminat. Virus onu tələb olunan proqramçıya, lektora və məsləhətçiyə çevirdi. Bəs proqram kodlarına açıq girişin popyularlaşması? 1999-cu ildə Va Linux Systems Inc. öz səhmlərini birjaya qoydu. 1998-ci ildə şirkətin idarə heyətinə daxil olan Reymond ağlasığmaz zəngin oldu.