United Colors of Benetton reklamının fəlsəfəsi (yeri gəlmişkən bu brendin unikallığının bir nümunəsi – biz sloqanını brendə çevirə bilən neçə şirkət tanıyırıq?) şirkətin atası, əsasının qoyan Luçano Benettonun inancına əsaslanır. Ona görə “kommunikasiya təkcə kompaniyanın içindən deyil, onun ürəyindən formalaşmalıdır”. Ürək isə “auditoriya” və ya “istehlakçı” ilə danışmır, o, hər bir şəxsiyyətlə ayrı-ayrılıqda əlaqə saxlayır, bir fərd kimi.
Benettonun reklamı həmişə real həyat kontekstində olur, hansını ki, çoxumuz yaşamaq arzusundayıq. Hamımız bilirik ki, brend insanın daxili dəyərlərinə yaxın olandan sonra, məhsul sadə istehsalı, logistikası və mercenayzinqi olan məhsuldan çıxıb sosiumun hissəsinə çevrilir. Bu da, yəqin ki, Benettonun digər brendlər üçün örnək olmağına səbəb olub.
United Colors of Benetton (Benetton Birləşmiş Rəngləri) sloqanı 1986-cı ildə fotoqraf Oliver Toskani tərəfindən verilmişdiri və brendin kommunikasiyası üçün ötürücü nöqtəyə çevrilmişdir. United Colors – bu bütün dəri rəngləri, həyatın bütün boyaları və dəyişmək imkanı olan görünməyən tərəflərdir.
Əvvəlcə bu sloqan “All the colors of the world” kimi görünürdü. Yəni baza artıq var idi. Amma ifadədə ikinci variantda olan cəlbedicilik və fərdilik yox idi.
Benettonun ilk printləri 1984-cü ildə çıxmışdı. Şəkillərdə müxtəlif rəngli uşaqlar və yeniyetmələr müxtəlif rəngli geyimlərdə çəkilmişdir.
1986-cı ildə isə fəlsəfə daha da dərinləşdi və içindən çətinləşməyə başladı, ama başqa tərəfdən reklam insanlar üçün daha asan vı anlaşılan oldu. Şəkillərdəki çoxinsanlılıq iki ayrı cinsin, irqin və dinin nümayəndələri ilə əvəzləndi.