0

Ayı adrenalini

Bugün, daha doğrusu, dünən gecə yatmadım. səhər fb-dən çıxanda yazdım ki, bugünkü günümü həyata həsr edirəm. Plansız üz qoydum şəhərə. Nərimanovda Pərviz Əzimovun ayı maskası axtarmağını gördüm. Nəticəsi maska əvəzinə ayı şəkillərini print etməli olduq. Bu aksiyanın quruluşunda dəyişikliyə səbəb olsa da, elə ən maraqlısı oldu. Hə, aksiya demişkən, hem demədim nə məsələdi. Dünən insan haqları günü idi, həm də Yasamal rayon məhkəməsinin Müsavatla ayı problemi idi. Aksiya da həm o, həm də bu səbəbdən iki dənə oldu. “Ayıya bir milyon, pensionerə 100 manat” şüarları ilə əlimizdə plakatlar çıxdıq məhkəmənin qabağına. Sağolsun ayıq-sayıq polislərimiz. Adəti pozmadılar və şüarları alıb Elmin Bədəlov və Emin Salamoğlunu “basdılar maşına”. [slideshow]

Axırıncı dəfə Dalğanın aksiyasında əsgərlikdən əvvəl olmuşdum. İlk aksiyadakı kimi adrenalin hiss etdim bugün. Ləzət elədi..ama ürəkaçmyan bir şey var idi.. Dalğaçılar köhnələr idi.. təzə dalğaçılar.hmm.. yəqin ki təzələr informasiyasızdılar. Yaranmış problemlər bizi biz edən Demokratiya məktəbi, ən azından ofisdə vaxtsız-vədəsiz yığışıb söhbətlər, mübahisələr, fəlsəfi ekol..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.