0

nəfəs gərək..

bəzən içdə o qədər hisslər olur ki, bilmirəm özümə yazığım gəlsin, yoxsa çoxdandır hiss etmədiyim duyğuların məni tərk etmədiklərinə görə sevinim. tək olmasan da, çox yalnız olursan. hadisələrin, sənin istəmədiyin hadisələrin oxşar ssenari ilə baş verməsi, sənin nəyisə düz etmədiyini başa salır. ama o da nəyi? sualına cavab vermir. bəlkə qorxur ki, cavabı düz verməz. mən də bilmirəm. hər dəfə eyni şey bezdirir, əslində.

burda fərqli məkanda fərqli insanlar olur. zaman əhəmiyyətini itirib çoxdan. onsuz da o bir yerdə dayanmır və təkrarlanma dövrəsini də mən tapmamışam. hissləri ifadə etməyə barmaqlar da eyni sözləri yazacaq deyə absurd hiss keçirirsən. ama o da təkrarlanmır. halbuki nəticə eynidir.

istəmirsən hisslərə uyub həyatın fahişəsinə çevriləsən. istədiyi vaxt sənə özünü istədib, oyananda isə zorlandığını anlayasan. ama baş verir. hər dəfə, fərqli pozalarda. hətta pozanı belə sən seçirsən.  sonda real olaraq istəməyib ailə qurursan ki, həyatın sənə etdiyinin əvəzini ondan çıxasan. və bir gün anlayırsan ki.. sən hələ də təkrar hadisələri yaşayırsan..

şans mum kimidir, bəzən yandlrmaq lazımdır.. bəlkə əksinə? məncə bəzən söndürmək lazımdır.. əriyib qurtamasın. kimdə o qədər nəfəs var ki? hıçqırıqlar imkan vermir, dərindən nəfəs almağa.

öpülmüş dilinin dadını nəfəsindən duymaq istədim. sadəcə

ümidlər.. yenə də səni məhv edən olurlar. qiymətləndirmirsən, çox acgözsən, o qədər ki, öz istədiyini belə bilmirsən, ama düşünürsən ki, bilirsən. hər dəfə yanılırsan və qərq olursan pessimizm dəryasına.. uzanan əlləri belə tutmursan. ümid etmirsən, çünki tam batmamısan, sadəcə düşünürsən ki, təcrübən var artıq, kifayət qədər. uzanan əli də onlardan biri zənn edirsən, batıranlardan..

yox.. təcrübən yoxdur. sən həyatın oyununu pozmaq istəyən əli tanımadın, tanıya da bilməyəcəksən. həyat oyunu çox sevir, sənə yazığı gəlməyəcək qədər çox.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.