Bir neçə maraqlı fakt. İşə gedərkən yolda yaxşıca düşünərsiz. 20 il bundan qabaq FORTUNE 500-ün ilk yüzlüyünə ya yerdən nəsə axtarıb tapanlar, ya da təbii resurslardan nəsə qəribə bir şey hazırlayanlar düşürdülər. İndi isə bununla siyahıdakıların yarısı məşğul olur, qalanları isə ideya satmaqla ÇOX böyük pullar qazanırlar.
Keçən il Birləşmiş Ştatlarda 30 000 yeni compact-disk yazılıb. Onlardan biri Roma Papası tərəfindəndir (Abba Pater).
Yahoo! nun bazar kapitalizasiyanının 99%-i brend, məhşurluq, istifadəçilərin öhdəlikləri və başqa aktivlərlər bağlıdır. Yalnız 1% xidmət burdan başqa heç yerdə tapa bilməyəcəyindir.
Natan Mirvold – Microsoftun köhnə CTO-su (chief technology office) deyir ki, məhşur əməkdaş babat işçidən min dəfə dəyərlidir. Niyə?
Ona görə ki, ideyaları daha yaxşıdır.
Nəticə: ideya-bizim biznesi yaxşı edən deyil, biznes-bizim yaxşı ideyalarımızdır.