0

17.03.11 və Dr. Diesel

14.03.11

bu tarix maraqlı oldu həyatımda. beyinyorucu   bir iş günündən sonra qardaşım zəng elədi. ondan çıxamayan iş. görüşüb bir yerdə vaxt keçirmək. olsun. o qədər ağır bir gün idi ki, zamanı çiyinlərimdən ayaqlarımın altına atıb əzmək istəyirdim.

Əsl pivə içməyə.. Dr.Diesel.. qapağını açanda ilk qoxu elə bil ömrü boyu xəyalında canlandırdığın ətir, sonra isə əvəzolunmaz dad. Əjdahadı. Füzulinin qəzəllərindən başlayıb Teomanın renkli rüyalar gördüyü otele qədər getdik. İçimdən ikinci pivə, bir də canlı musiqi keçdi. Üz tutduq Corner-ə. Sağolsun, təzə mühafizəçi bizi tanımadı, “mazzzzgi” elədi, yaxşı ki məkanın sahibi ordan keçəndə bizi gördü. Onu da “başa saldı”. Düzdü Guinnesin dekorativ qabı var idi, ama özü yox idi. Məcbur olub “razlivnoy” pivə içdik. Turş idi, özü də Dr.Dieseldən sonra heç yeri yoxdu başqa pivənin. Yeriniz məlum. Metro özü də bir aləmdi. evə gələnə qədər nələr baş vermədi ki.. Günün yorğunluğu atdım boş pivə şüşəsinin içinə..

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.