azadliqciragi.org-un Azadlıq nədir? mövzusunda hazırladığı videodan həvəsləndim.
Azadlıq – sənə həzz verən şeyi edib ondan zövq almaqdır. Azadlığı yalnız bir qiymətə almaq olar, hansı ki, bəşəriyyət onu ödəməyə hələ hazır deyil. Azadlıqda mənə ləzzət verən yeganə şey onun uğrunda gedən mübarizədir. Hər kəs azad ola bilər, sadəcə özünü və sərhədlərini tanımalıdır.
Azadlıq – sonsuzluğun abstraksiyasıdır.
Azadlıq – seçimdir. Seçərək biz artıq azad olmuruq.
Azadlıq – məsuliyyətdir. Ona görə hamı ondan qorxur.
Azadlıq – sənin istədiyini etmək hüququndur və digərlərinin istədiklərini etməklərinə mane olmaqdır. Sivilizasiyanın yeganə xarakterik xüsusiyyətidir. Azadlıq gözəl olmasaydı, dünya onun dərdindən ölməzdi. Azad o kəsdir ki, yaşamağa lazım olan hər şeyi itirib. Heç nəyə ümid etməyən və heç nədən qormayan adam azaddır. Başqalarına ağalıq edən insan öz azadlığını sərf edir. Azadlıq – itirməyə bir şeyin olmamasıdır. Qadağalardan təşkil olunmuş qurğudur, hərə öz payını götürür.
Azadlıq – sizin istədiyinizi eləməniz deyil, sizin istədiyinizi başqalarının sizin üçün eləməsidir. Birinin azadlığı digərinin qul olmasıdır. Azadlıq – asılılığa düşməməkdir. Əgər biganəsənsə – AZADSAN!
Əsl AZADLIQ – öz məhdudiyyətlərini özünün seçməyindir.