1992-ci ildəki kampaniya Olivier Toscaninin tanınmayan foto-stili ilə keçdi. O, “Fərqlilik dairəsi”dən “Real həyat dairəsi” fazasına keçid etdi. Bizim filmlərdən və jurnal səhifələrinən bildiyimiz həyat. Müxtəlif müəllif və reportyorların fotolarına yaşıl plaşka yapışdırıb göndərdilər dünya səyahətinə. Qara dərili əsgər Kalaşnikovla və insan sümüyü ilə; təhlükəsiz yerdən uzaqlaşmaq ümidilə konteynerə dırmaşan insanlar (kompazisiyanın mərkəzində uşağa fikir verin); görünməz azadlıq arzusu ilə italyan gəmisinə minən albanlar; neft içində quş; və əsas foto – daha bir qalmaqala səbəb: SPİD-dən ölən David Kirby-nin və ağlaşan ailəsinin fotosu.
Çoxları təəccüblənir, biləndə ki, bu əsl fororeportajdır. Therese Frare bu şəkli Davidin əsl xəstəlikdən əsl ölümünə bir çenə dəqiqə qalmış çəkmişdir. Dünya SPİD haqqında təzə-təzə başlamışdı öyrənməyə.
Oliviero Toscani: Jurnalistlər cəmiyyətin diqqətini ciddi və qəribə mövzulara fokuslayanda və öz yaradıcılığını mediaya satanda heç kim onları təndiq etmir. Amma bu problemləri reklam vasitəsilə qabardanda hamı başlayır qışqırmağa ki, bu pis zövqdür. Belə bir hiss yaranır ki, istehlakçını aldadan reklam daha korrektdir.