yazıram. bugün isə 18.03.11 tarixidir. hələ 00:00 -a 5 dəqiqə var. işdən çıxıb dostumla biraz şəhərdə sülənməyi qərara aldıq. Dünən Rauf Arifoğlu ilə İqbal Ağazadəni şəhərdə axşam saatlarında gəzişən görəndən sonra bunu özümə borc bildim. Getdik. Bugün çox təəssüf ki, Dr. Diesel 1 dənə qalmışdı, biz də etika xətrinə onu almadıq. Kozel aldıq, özü də birinci qara pivə idi ki, içirdim. Dadı Dr.-ə çatmasa da, qurtumu alandan sonra dilin sonunda qalan ləzzətin yeri var. Elə “Torqovi”ya gedən yolda ikinci keçidə girmişdik ki, gördük 4 skripka, 1 violançel, 1 trambon və 1 dənə də ənənəvi gitara. Mini orkestr abu-havası. Uşaqlar qəşəng ifa edib babat pul yığdılar. Halaldı. Elə qaqaşın biri 10 manat atıb 1 manat da götürdü 🙂
Fikirləşdim ki, ya bizim uzaqgörən siyasətə malik prezidentimizin rüşvətlə mübarizəsi, ya da yumurta effekti artıq mədəniyyətə də təsir edir. Normal küçə musiqimiz formalaşır. Hətta keçiddən keçməyənlər keçidə düşürdülər. Təzə başlamışdım ki, sevinim, iki dənə, məhz dənə yekəqarın gəldi və dedi: dilənirsizzzz əəə?.. Və hamı dağılışdı. Uşaqlar hamıya təşəkkür etdilər, biz isə hələ də gözləyirik..