0

Məni valeh edən "O"nun tarixçəsi..

Təsəvvür et! Mənim “qızım” məndən başqa heç kimi olmadığını mənə isbat etmək üçün 4 il qəsrdə, tanımadığı şəxslər tərəfindən seksual işğəncələrə məruz qalır, istənilən yerdə istənilən onu “istəyən” kişinin “olmalıdır”. Bu filmin əvvəlidir..(insan necə sevməlidir ki, o oğlanı, buna razı olsun..ama əvvəlcədən heç nəyi bilmir. müddəti belə.. nə vaxt gəlsə, o vaxt da gedəcəksən..) Qız isə razıdır ki, hər yoldan keçənə “versin”, təki oğlan onun yolunda hər şeydən keçməyə qadir olduğunu anlasın.

Ona baxmağa səbr lazımdı.. ciddi deyirəm . kino erotikadan çox psixoloji aspektden maraqlidir. İnsanlar ali düşüncəni, kinsizliyin, ehtirasın və tabeliyin..hansı səviyyəsindədirlər.. ən son nöqtə normal münasibətlərə gətirən bu anormal isbatlar və… sırada başqası sənin olur, ya da sən başqasının. sübut isə tamam başqa bir kəsə lazım idi..İnsanın adi oyuncaği və ya yandıranını başqa birisi icazə almadan götürəndə verdiyi reaksiya – onun qadınını başqa kişi əmrlə ona yaxınlaşmsını (əmrin özündəki nəzakət və düşünərək düşünmədən tabe olmaq) soyundurur, əvvəl yumşaq sinəsinə toxunur(sanki əzmək istəmirmiş kimi həssas), sonra isə əllərini masanin uzərinə uzadıb paltarını qaldırır..(“O” alt paltari geyinmir, daha praktiki olduğuna görə).. Arxasına sadiqlik və sevgisini sübut etmək üçün mərhələlər keçdiyi sınağın şərəfli damğası vurulub.. hətta bu damğadan sonra belə onun “qizi” olmaq istəməsini soruşması (bu qədər inamsızlıq və niyə görə bu qədər onun köləsi olduğunu sübut etmək cəhdləri? səbəb axı ehtiras deyil, sevgidir).. və indi  yad birinin onun bəyaz paltarını qaldırıb arxasına toxunaraq vucudu ile tanişlıq məqamı. Üzünü çevirən insan (baxmaq istəməyən ki, onun olandan gözləri önündə necə istifadə edirlər), halbuki, sən istəmədən, tam səmimi etiraz etməklə, bu axı qadındı, adi bir əşya deyil, niyə razı olur? mən hələ “yox demir” sualını vermirəm.

“Biz qardaş kimiyik və hər şeyimizi bölürük, hətta qadınımızı”.. Bəs qadının köləsi olmaq istədiyi kişinin onu bölüşmək fikrinə etiraz etməməsi ona tam sahib olduğunu göstərməkdir ya axmaqlıq?! Səni bölüşməyə və hətta səni önəmsəməməyə hazır olan birinə qul olmaq istəyi?!  Könüllü olaraq qul olmaq?!

İnsan mənəviyytına yad olan şey deyə bilmək çətindir, çünki bu filmi 75 ci ildə ərsəyə gətirənlər də (ən əsası ssenari müəllifi) insandır. Deməli, belə çıxır ki, çox yüksək zənginlik?!. hmm.. bilmirəm.. həyatımda rastlaşdığım ilk anlamadığım nüansdır.. Romanın elit təbəqəsindəkilər belə hər şeyi paylaşsalar belə “öz qadınlarını” yox..svinger..yaxşı bəs sən bəxş edirsən istəmədən istəyib, ama qarşılıq almırsan. nəsvingeri.. bu başqa şeydi.. nədisə… anlamıram.. sadəcə erotik kino istehsalı naminə çəkilən düşüncəsiz film də ola bilər.. bu isə çox sadə yanaşmadır. Ya da şərqli olduğum, biraz da uşaqlıqdan qanıma yeridilmiş dəyərlər mənə “qadını paylaşmaq olar” fikrini dərk etməyə mane olur.

Roman Polin Reyc-in qələminə tuş gəlib, 1954-cü ildə ilk dəfə Parisdə çap olunub və müəllif 1994-cü ilə qədər (ölümünə 4 il qalmışa) əsərin müəllifi olduğunu danıb. Fransua Bondü “ədəbi sensasiya” adlandırıb bunu. Böyüklər üçün nağıl sayılan bu əsər adındakı sadəlik qədər mürəkkəbdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.